Icma.az
close
up
RU
Emal edilmiş ət məhsulları məsum və sağlam qida sayılmır, həm də müxtəlif xəstəliklərə səbəb olur

Emal edilmiş ət məhsulları məsum və sağlam qida sayılmır, həm də müxtəlif xəstəliklərə səbəb olur

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mütəxəssislərin fikrincə, çoxlu donuz əti, kolbasa, sosis və konservləşdirilmiş ət - hansısa şəkildə emal edilmiş ət sağlamlıq üçün zərərlidir. Bir sıra tədqiqatlar emal edilmiş ət ilə xərçəngin müxtəlif formaları, həmçinin ürək xəstəlikləri və diabet arasında əlaqə aşkar edib. Ekspertlər qeyd edirlər ki, emal olunmuş ətin hansı miqdarının təhlükəsiz olduğu və işlənmiş ətin növünün risk baxımından fərqi olub-olmadığı aydın deyil. Məsələn, tədqiqatlar qırmızı işlənmiş ət ilə hinduşka və ya toyuq kimi ağ emal edilmiş ət və ya nitratlı ət və nitratsız ət arasında fərq qoymur. "Mövcud sübutlar göstərir ki, işlənmiş ətin qəbulu nə qədər çox olarsa, xroniki xəstəliklər və ölüm riski bir o qədər yüksəkdir"-deyə qeyd edilib.

Dietoloq Aynur Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kolbasa, sosis, emal edilmiş ət məhsulları çox sağlam hesab olunmur.

“Emal edilmiş ət; hisə verilmiş, qurudulmuş, marinadlanmış və ya konservləşdirilmiş ətdir. Bu prosedurlar ümumiyyətlə məhsulun ömrünü artırır. Buna nail olmaq üçün ətə duz, ədviyyatlar, süni konservantlar, rəngləndiricilər və dadartırıcılar əlavə edilir. Ətin uzun müddət saxlanması üçün də zəruri olan dondurma emal sayılmır. Ən məşhur emal edilmiş ət məhsulları kolbasa, qurudulmuş ət, sosisdir.

Emal edilmiş ət məhsulları xroniki xəstəliklərin riskini artırır. Bunlara ürək-damar xəstəlikləri, hipertoniya və bəzi xərçəng növləri - bağırsaq və mədə şişləri daxildir. Bununla belə, əksər tədqiqatlarda elm adamları hələ ki, bütün bu xəstəliklərə səbəb olan kolbasa və sosislər olduğunu göstərə bilməyiblər, lakin hisə verilmiş qidaların istehlakı ilə sağlamlıq problemləri arasında əlaqə var”-deyən dietoloq vurğulayıb ki, ət məhsullarının ən təhlükəli komponentləri konservantlar və rəngləndiricilər hesab olunur.

Aynur Əhmədova qeyd edib ki, natrium nitrit ləzzət artırıcı və konservant kimi istifadə olunur, həmçinin ətin qırmızı rəngini saxlamağa kömək edir: Aynur ƏhmədovaNitritlərin özləri kifayət qədər təhlükəsizdirlər, lakin qızdırıldıqda - ət və ya sosis qızartma - nitrozaminlərə çevrilə bilərlər. Bu birləşmələr xərçəngin inkişaf riskini artırır. Polisiklik aromatik karbohidrogenlər də istilik zamanı, məsələn, ətin qızardılması zamanı əmələ gəlir, onlar həm də kanserogen xüsusiyyətlərə malikdirlər. Süfrə duzu bu fonda demək olar ki, məsum görünür”.

“Kolbasa tamamilə sağlam məhsul adlandırıla bilməz. Kolbasa bir çox zərərli maddələrdən ibarətdir. Emal edilmiş ət məhsulları pəhrizin əsasını təşkil etməməlidir, lakin bəzən istehlak edilə bilər. Seçərkən, tərkibə diqqət yetirmək vacibdir. Toyuqdan və ya hinduşkadan hazırlanan məhsullar daha sağlam hesab edilir”-deyə dietoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri