Icma.az
close
up
RU
Əmanətlərin Sığortalanması Fondu aktivlərini 15 % artırıb

Əmanətlərin Sığortalanması Fondu aktivlərini 15 % artırıb

Icma.az bildirir, Baku.ws portalına istinadən.

2023-cü il dekabrın 31-nə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) cəmi aktivləri 651,398 milyon manat təşkil edib.

BAKU.WS ƏSF-nin KPMG beynəlxalq auditor şirkəti tərəfindən audit olunan maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci il dekabrın 31-nə nisbətən 15 % çoxdur.

2023-cü ildə ƏSF-nin cəmi öhdəlikləri 53 % artaraq 448,374 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 8,9 dəfə artaraq 200,302 milyon manata çatıb, cəmi kapitalı isə 25,7 % azalaraq 203,023 milyon manata düşüb.

ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında "Günay Bank" ASC-nin, oktyabr ayında isə "Muğan Bank" ASC-nin lisenziyalarını ləğv edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarları ilə hər iki bank müflis elan olunub, onların barəsində iflas proseduruna başlanılıb və ƏSF bankların ləğvedicisi təyin edilib. Fondun "Günay Bank" üzrə təxminən 35 milyon manat, "Muğan Bank" üzrə isə təxminən 205 milyon manat - ümumilikdə 240 milyon manat kompenasiya öhdəliyi olub və bunun böyük hissəsi icra edilib. Kompensasiya ödənişinin kəskin artması bununla bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri