Icma.az
close
up
RU
Əmək müqaviləsi olmadan işçi işlədənlər Minlərlə manat cərimə və həbs təhlükəsi

Əmək müqaviləsi olmadan işçi işlədənlər Minlərlə manat cərimə və həbs təhlükəsi

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi olmadan işçinin işlədilməsi həm işçi, həm də işəgötürən üçün ciddi nəticələrə səbəb ola bilər. İşəgötürən üçün əmək müqaviləsi olmadan işçi işlətməyin hansı hüquqi və maliyyə məsuliyyətləri mövcuddur? Əmək müqaviləsinin olmaması işçi üçün hansı riskləri yaradır?

Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə bir neçə qanunvercilik aktında məsuliyyət nəzərdə tutulur:

“Bunlar Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 

         Əmək müqaviləsi ilə bağlı əsas məqamlara qısa başlıqlar halında nəzər yetirək:

-         İşçi ilə işəgötürən arasında əmək münasibətlərini tənzimləyir.

-         Fərdi qaydada bağlanılır.

-         Yazılı formada bağlanılır.

-         Elektron informasiya sistemində qeydiyyata alınıb imzalanmasından sonra qüvvəyə minir.

-         İki nüsxədən az olmayaraq bağlanılır.

-         Müddətli və ya müddətsiz bağlana bilər.

-         Məzuniyyət, əməkhaqqı, iş vaxtı və s. kimi məsələləri özündə ehtiva edir.

Minimum hansı müddətə bağlanması ilə bağlı məhdudiyyət yoxdur.

3 aydan artıq olmayaraq, sınaq müddəti müəyyən edilməklə bağlana bilər”.

Hüquqşunas qeyd edib ki, iş daimi xarakterə malik olduğu halda, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən olunmuş hallar istisna edilməklə, müddətsiz formada bağlanmalıdır:

“Bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir. Belə olduqda işçi qanunla müəyyən edilmiş bir sıra hüquq və imtiyazlardan məhrum olur, müəssisə isə müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur.

Qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar əmək müqaviləsi əsasında çalışanlara şamil edilir. Yəni, kimsə qeyri-formal məşğul şəxsdirsə və mülki-hüquqi müqavilə əsasında xidmət göstərirsə, həmin güzəşt və imtiyazlardan məhrum olur.

Əmək Məcəlləsinin 3-cü maddəsində işçi anlayışına aydınlıq gətirilib. Həmin maddəyə əsasən, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi, işçinin faktiki olaraq hər hansı bir işəgötürənlə əmək münasibəti olmasına baxmayaraq, o, qeyri-formal formada çalışırsa və ya mülki-hüquqi müqavilə əsasında çalışırsa, bu halda o, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi hesab edilmədiyi üçün əmək qanunvericiliyi üzrə müəyyən olunmuş hüquqlar ona şamil edilmir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə - hər bir belə şəxs üzrə təqvim ili ərzində bu hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunur”,- deyə Fariz Əkbərov deyib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri