Əməkdar artist sürücülərin qarşısını kəsib görün nə etdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, sənətçi sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, o, idarə etdiyi 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin tam mərkəzində saxlayıb, daha sonra isə avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.
Bu zaman arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri oranı çətinliklə keçiblər.
Yolun hərəkət hissəsinin bu şəkildə zəbt edilməsi sürücülərə maneə ilə yanaşı, həm də qəza riski yaradır. Çəkiliş məqsədilə belə addımların atılması birmənalı şəkildə qadağandır.
Fərid
Bu mövzuda digər xəbərlər:Əməkdar artist motosikletlərdən şikayət etdi VİDEO
03 Dekabr 2024 21:25
Əməkdar artist qızına toy etdi Video
07 Oktyabr 2025 14:23
Əməkdar artist görünüşündə dəyişiklik etdi (Video)
13 Sentyabr 2026 14:33
Əməkdar artist efirdə ağladı Video
30 May 2025 09:42
Əməkdar artist tanınmaz halda VİDEO
30 Avqust 2025 23:00
Baxış sayı:145
Bu xəbər 10 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















