Icma.az
close
up
RU
Əməliyyat olan qadın şam üfürən cərrahı məhkəməyə verə bilər HÜQUQŞÜNAS ARAŞDIRMA

Əməliyyat olan qadın şam üfürən cərrahı məhkəməyə verə bilər HÜQUQŞÜNAS ARAŞDIRMA

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Ötən gün həkimin əməliyyat otağında ad gününü qeyd etdiyi əks olunan görüntülər gündəmə bomba kimi düşdü. Yəqin ki məsələ ilə bağlı ağıllarda çox sual yaranıb. Axı daim sterilizə olunmalı bir yerdə tortun, şamın nə işi var? Bu, nə dərəcədə doğrudur? 

Lent.az məsələ ilə bağlı kiçik bir araşdırma edib. 

Hər kəs iki əlli razılaşar ki, bu dünyada insan həyatından daha dəyərli heç nə yoxdur. Bəs biz insanlar, həyatımızı, sağlamlığımızı, bədənimizi kimlərə əmanət edirik? Təbii ki, tibb işçilərinə. 

Amma həkimlərin məsuliyyətsizliyi bir deyil, iki deyil…

Səhiyyə nümayəndələri barəsində tez-tez o qədər “maraqlı” xəbərlər çıxır ki, onların içdikləri Hippokrat andına şübhə yaranır desək, yanılmarıq.

Elə bu hadisə də onlardan biridir. Deməli, əməliyyat otağında bir xanım yeni bir can dünyaya gətirir. Lakin videoda körpənin çığırtıları əvəzinə, “Happy Birthday” mahnısı və təbrik sözləri eşidilir. 

Əlbəttə ki, xoş günlərə biz də sevinirik, amma bu anları harada və necə qeyd etdiyimiz də önəmlidir axı. 

Yazıq xəstə də əməliyyat stolunda həkimlərin öpüşüb-qucaqlaşmasının qurtarmağını gözləyir ki, körpəsinə qovuşsun. 

Bəs onun hüquqları? Qanun nə deyir?

Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, yayılan görüntülərdə kifayət qədər qanun pozuntusu var:

"Videoda gördüyümüz pasiyentin şəxsi həyata hörmət və xəstə sirrinin qorunması hüququ pozulmuş hesab olunur.  O, hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edərək öz iradəsi olmadan belə bir görüntünün çəkilməsi və yayılmasının araşdırılmasını tələb edə bilər. Prokurorluq orqanları bu araşdırmanı apararkən xəstə ilə German Klinikası arasında hər hansı bir xidmət müqaviləsinin olub-olmadığını da, xidməthaqqı olaraq ödənişmiş məbləğin xəstəxananın kassasına köçürülüb-köçürülmədiyini də ortaya çıxaracaq".

"Eyni zamanda, xəstənin tamamilə ixtiyarı var ki, ona dəymiş maddi və mənəvi zərərlə bağlı ümumi qaydada məhkəməyə müraciət etsin. Maddi zərər xəstənin əməliyyat haqqı, müayinə ödənişləri və ya hadisədən sonra mənəvi sarsıntı keçirəcəyi təqdirdə xərcləyəcəyi pul ola bilər. Bununla yanaşı, görüntülərin yayılması nəticəsində xəstəyə dəymiş mənəvi zərərin qarşılanması tələb oluna bilər.", - deyə o əlavə edib.

Hüquqşünasın sözlərinə görə, əməliyyat otağının sterilliyi və tələbləri ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən zaman-zaman müxtəlif formada protokollar tərtib olunub:

"Bu protokollar ayrı-ayrı dövlətlər tərəfindən imzalanır və tətbiq olunur. Onların Azərbaycan Respublikası ərazisində qüvvəyə minməsi isə Nazirlər Kabineti və Səhiyyə Nazirliyinin qərarı ilə tənzimlənir.

Ümumilikdə məsələnin tam dərindən araşdırılacağına heç bir şübhəm yoxdur. Nəticə etibarilə, araşdırılacaq və qəbul olunacaq material gələcəkdə digər həkimlərin də belə davranışlardan çəkinməsinə səbəb olacaq".

Sonra da deyirlər ki, camaat bizi qınayır. Belə bir hadisəni çəkib, hazırda virusdan belə daha təhlükəli olan sosial şəbəkələrdə paylaşanda əlbəttə ki,  xalq “qınamaq düyməsi”ni işə salacaq. İnsanlara nə lazımdır? Bir hadisə olsun və məzəmmət etsinlər.

Sadə camaatı başa düşdük. Bəs, hadisə qəhrəmanının həmkarları bu barədə nə düşünürlər?

Elə bu suala cavab tapmaq üçün cərrah Adil Qeybullaya müraciət etdik.

Tanınmış cərrah əməkdaşımıza bildirib ki, cərrahi əməliyyatların, operasiya gedişlərinin və xəstə sirrinin ictimailəşdirilməsi onun ixtiyarı xaricində baş verə bilməz: 

“Bu hərəkət həkim etikasının pozulması ilə yanaşı, həm də hüquqi məsuliyyətə səbəbiyyət yaradır”.

“Əməliyyat otağından bu cür görüntülərin yayılması eyni zamanda klinika üçün utancverici bir haldır. Bu məsələlər qanunla tənzimlənməli və hansısa formada qaydaya qoyulmalıdır”, - deyə həkim bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. 

Görünür, müzakirələrə səbəb olan cərrah mama-ginekoloqu L.Əliyevanı qınayanların sayı getdikcə artır. Qınamaqla belə hallar düzəlsəydi, nə var idi. Yaxşısı budur, bu məsələlərə əməlli bir əncam çəkilsin. Bəlkə o zaman həkimlərimiz öz andlarını nə üçün içdiklərini xatırlayalar.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri