Icma.az
close
up
RU
Emil Zolya “cəmiyyətin qabarı”na basmışdı... O, kimləri ittiham edirdi?

Emil Zolya “cəmiyyətin qabarı”na basmışdı... O, kimləri ittiham edirdi?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Məmməd Süleymanovun “Emil Zolya ittiham edir" yazısını təqdim edir.


1898-ci ilin 13 yanvarında Parisin “Oror” ("L`Aurore" ) qəzetinin birinci səhifəsində məşhur fransız yazıçısı Emil Zolyanın “Mən ittiham edirəm” mətni çap olunur və dərhal da partlayan bomba effekti yaradır. Qəzetin bütün tirajı bir neçə saatın içində satılıb qurtarır, parislilər hər yerdə yazıçının fikirlərini bölüşərək mübahisə edirlər. Bu hadisə ziyalı kəlməsinin ictimai həyata təsirinin və Sözün dəyərinin illüstrasiyası ola biləcək unikal bir tarixi nümunəyə çevrilir.

58 yaşlı yazıçı bu yazı ilə Fransa prezidenti Feliks Fora müraciət edirdi. Zolyaya qədər də, Zolyadan sonra da prezidentlərə çoxları açıq məktub yazıb, ancaq üstündən 115 il keçməsinə baxayaraq, öz tarixi sənəd rolunu saxlaya biləcək bu cür mətnləri barmaqla saymaq olar.
Güclü effektin səbəbi məqalənin, məhz Emil Zolya tərəfindən yazılmağında deyildi, heç mətnin emosionallığında və radikallığında da deyildi. Düzdür, Zolya məqaləyə bütün yazıçı bacarığını və səlis dilini qoymuşdu, ancaq bunlar hansısa məqalənin sakitlikdə şimşək kimi çaxmasına yetərli olmazdı. Sirr onda idi ki, Zolya “cəmiyyətin qabarı”na basmışdı, Fransanı 4 ildir narahat edən, dostları bir-biri ilə savaşdıran, ailələri bölən, duellərin sayını dəfələrlə artıran bir mövzunu şərh etmişdi. Həmin mövzu “Dreyfusun işi” idi.

Öz ehtiraslı mətnini yazıçı bu cümlələrlə bitirirdi:
“Həqiqət – budur, yalnız mənim bolluca əzab çəkən və xoşbəxt olmaq hüququ qazanan insanlıq üçün ehtirasla susadığım. Müraciətimin hiddət dolu sətirləri – qəlbimin fəryadıdır. Qoy məni andlılar məhkəsəsinə çəkməyə cəsarət etsinlər və təhqiqat geniş açılmış qapılar arxasında aparılsın…” Bu cümlələr qəribə təsadüflərin yumağı nəticəsində Fransa ictimai həyatının bir nömrəli mövzusuna çevrilmiş bir məhkəmə işinə işıq salmaqla bərabər, həm də xüsusi bir hadisə kimi görünə bilən təfərrüatların necə gəlib “əsəb nöqtəsi”nə çevrildiyini əks etdirirdi. Tarixdə heç də birinci dəfə deyildi ki, üzdə olmayan, tanınmayan, sakit bir fərdin faciəsi qloballaşıb, episentrə keçib. O illərin Fransasında da “Dreyfusun işi” şəxsi faciə olmaqdan çıxıb bir nömrəli mövzuya dönə bilməsi ilə, əslində, cəmiyyətin alt qatında və daxilində çoxdan toplanmış problemlərin sublimasiyası idi. Sanki yəhudi əsilli zabit Alfred Dreyfus olmasaydı da, onu uydurmaq gərək olacaqdı.

1894-cü ildə Fransa Baş qərargahının 35 yaşlı kapitanı Alfred Dreyfus Almaniyaya casusluqda ittiham olunaraq həbs edilir və Qvianaya – ən ağır katorqa sayılan Şeytan adasına ömürlük sürgün olunur (Franklin Şeffnerin “Papilon” (Pərvanə”) filmində də hadisələr həmin katorqadan bəhs edir). Ortada heç bir ciddi dəlil – sübut yoxdu, ancaq bu, yəhudi əsilli, Elzasda doğulmuş (Elzas 1871-ci il müharibəsindən sonra Almaniyaya birləşdirilmişdi), varlı ailədən çıxmış Dreyfusun yalançı sübutlarla mühakiməsinə mane olmur. Onun “qurbanlıq quzu” kimi seçilməsində təkcə yuxarıdakı faktlar rol oynamırdı, ortada sırf paxıllıq hissi də vardı: Dreyfus adamayovuşmaz, işində səliqəli, məsuliyyətli idi, bir neçə xarici dil bilirdi və zəngindi.

“Dreyfusun işi” dərhal Fransada gözlənilməz rezonans yaradır. Ölkə 2 yerə – “dreyfusarlar”a və “antidreyfusarlar”a bölünür. Birincilərin səyləri nəticəsində Dreyfusun günahsızlığının dəlilləri çoxaldıqca, ikincilər də radikallaşırlar. Bir il sonra işə təkrarən baxılır və hökm qüvvəsində saxlanılır. Proses Fransa tarixinin ən uzun “sabun operası” formasını almağa başlayır. İstər dreyfusarların, istərsə də antidreyfusarların cərgəsində bir çox məşhur adamlar vardı. Ölkə ziyalıları keçilməz barrikadalarla iki cəbhəyə ayrılmışdı.
Məsələn, Jül Vern Dreyfus üçün edam hökmü tələb edirdi. Pol Valeri, Leon Dode, Oqüst Renuar, Edqar Deqa da ona yaxın mövqedə idi. Hətta Paris Kommunasının əfsanəvi personajı olan, Yeni Kaledoniyaya sürgün olunan və oradan qaçan Anri Roşfor da antidreyfusarların cərgəsindəydi. Zolyanın uşaqlıq və gənclik dostu olan məşhur postimpressionist Pol Sezann da Dreyfus əleyhdarıydı.

Dreyfusun tərəfdarlarının cərgəsi də seyrək deyildi: Emil Zolya, Jorj Klemanso, Romen Rollan, Jan Jores, Klod Mone, anarxist rəssam Kamil Pisarro dreyfusarların yanında yer almışdı, Anatol Frans Dreyfusun lehinə çıxış edən yəganə akademikdi.
Ölkəni vətəndaş müharibəsinə həddinə çatdırmış “Dreyfusun işi” ailələrin içindən də keçirdi. Məsələn, Sara Bernar dreyfusar idi, onun oğlu Moris isə məhkəmə zalında “Dreyfusa ölüm! Zolyaya ölüm!” şüarlarını qışqırırdı.

Bu məsələyə münasibətləri fərqli olan dostlar və qardaşlar bir-biri ilə əlaqəni kəsirdi. Və hər 2 tərəf də radikal mövqe sərgiləyirdi. Məsələn, “Mən ittiham edirəm” mətnində Zolya yazırdı: “Bundan sonra Fransanın sifətində biabırçı sillənin izi yanacaq və zamanın kitabına bu iyrənc ictimai cinayətin, məhz sizin idarəçiliyiniz dövründə baş verdiyi yazılacaq”. Bununla da, Dreyfusun cəzalandırılmasının tarixi rolunu qabardırdı. Məqalənin yazılmasına təkan olan faktlardan biri də, məhz həmin günlərdə əsas təxribatçılardan biri olan mayor Esterxazinin bəraət almasıydı.

Ancaq… Qəribəlik odur ki, Zolya məktubunu yazanda Dreyfus, artıq 4 ildi məhkumdu. Zolya münaqişəyə, artıq bütün Fransanın bu proseslə “yoluxma”sından və kimin kim olduğu çoxdan hər kəsə bəlli olandan sonra qoşuldu. Gecikmiş addım deyildimi? Olsun ki, Zolya addımında gecikmişdi. Ancaq ictimai rəyə təsir etmək cəhətdən onun məktubu gecikməmişdi. Ola bilsin, ömrünün son illərində sosializmə doğru təkamül etmiş yazıçı bu məktubu ilə, həm də 27 il əvvəl – Paris Kommunası zamanı tutduğu mövqeyinə görə günahını yumağa çalışırdı. Axı Paris Kommunasına münasibət də vaxtilə Fransa ziyalılarını ikiyə bölmüşdü. Bir tərəfdə qalibləri mərhəmətə çağıran Viktor Hüqo vardı, digər tərəfdə isə üsyançıları “quduz it” sayıb, onları amansızcasına qırmağa çağıran çoxluq. Həmin çoxluğa İppolit Ten, Qustav Flober, oğul-Düma, Ernest Renan, hətta Jorj Sand aiddi. Teofil Qotye kommunarları “Heyvanxanadan qaçmış heyvanlar” adlandırır, Qonkur qardaşları inqilabı “epileptik dəlilik tutmaları” sayırdı. Kommunarları isə Qustav Kurbe, Luiza Mişel, Deleklyüz, Flürans, Aqar müdafiə edirdi. Həmin vaxt Emil Zolya haradasa ortada idi: Kommunnanı lənətləyirdi, repressiyaları isə çərçivəyə salmağa səsləyirdi. 1898-ci ildə isə onun Paris Kommunasına münasibəti tamamilə yumşalmışdı.

Zolyanın məqaləsi təkcə Fransada yox, bütün Avropada ajiotaj doğurur. Anton Çexov həmin günlərdə yazır: “Tam aydınlığı ilə söyləyə bilərəm: Zolyanın tərəfində bütün Avropa ziyalılarıdır, onun əleyhinə isə eybəcər və şübhəli sayılan hər kəsdir”. Əlbəttə, sərt hökmdür, çünki Zolyanın əleyhdarları cərgəsində də sadaladığımız kimi, Fransa tarixinin bir çox parlaq siması vardı.
Məqalənin çap olunmasından sonra Zolya tənqid və təqib hədəfinə çevrilir. Barəsində cinayət işi açılır və yazıçını həbs edib, türməyə salmaq göstərişi verilir. Belə olanda, o, yeganə çıxış yolunu mühacirətdə görür və gizli şəkildə ölkəni tərk edərək İngiltərəyə yollanır. O, Parisə bir də 1899-cu ilin iyununda dönür: həmin vaxt əsas şahidlərdən polkovnik Anri intihar etmiş, mayor Esterxazi isə ölkədən qaçmışdı. Bu 1 il ərzində digər hadisələr də baş vermişdi: Zolyanın məktub ünvanladığı prezident Feliks For məşuqəsinin qucağında Yelisey sarayında ölmüşdü, yeni prezident Emil Lube isə Dreyfusun işinə yenidən baxmaq göstərişini vermişdi. Yeni məhkəmə Dreyfusun ömürlük katorqasını 10 illik həbslə əvəzləyir, bir neçə ay sonra isə prezident Lube onu əfv edir. Beləliklə, 6 illik həbsdən sonra 1900-cü ildə Dreyfus azadlığa çıxır. O, 1918- ci ildə Fəxri legion ordeni ilə təltif olunur və 1935-ci ildə Parisdə 76 yaşında vəfat edir. Emil Zolya isə 1902-ci ildə, 62 yaşında Parisdəki evində dəm qazından zəhərlənərək vəfat edir. Bacanın nasazlığı böyük yazıçının ömrünə son nöqtəni qoyur. 1903-cü ildə onun məzarı başında Dreyfusa güllə atırlar, ancaq yara həyat üçün təhlükəsiz olur.

Zolyanın “Mən ittiham edirəm” mətni intellektual elitanın hakimiyyətlərə təsir etmək gücünün nümunəsi olur. 1940- cı ildə nasistlər Fransanı işğal edəndə Hanna Arendt yazır: “Fransanın çöküşünə ölkədə demokratiya və azadlığı, bərabərlik və ədaləti müdafiə etməyin mümkünlüyünə inanan dreyfusarların qalmaması gətirib çıxardı”.

“Dreyfusun işi”nin bir tarixi xidməti də var: O, mədəniyyəti “intellektual” termini ilə zənginləşdirdi. Necə?
Zolyanın “Mən ittiham edirəm” yazısına cavab olaraq, 1898-ci ilin 1 fevralında Barres “İntellektualların etirazı” məqaləsini dərc etdirdi. Beləliklə, özü də bilmədən və istəmədən Dreyfus intellektuallar “sinfi”nin yaranmasına təkan oldu. Barresin ilk dəfə işlətdiyi “intellektuallar” termini, təbii ki, mənfi çalar daşıyırdı. Yəni baxın bir, həyatdan uzaq düşmüş, özündənrazı ədiblər və professorlar milli maraqları tapdayır və özlərini az qala həqiqətin etalonu sayırlar. Və nə qəribə ki, Barresin alçaltmaq istədiyi şəxslər “intellektual” kəlməsi ilə həvəslə razılaşdılar (Necə ki, 1860-cı illərdə rus xalqçıları onları kiçiltmək və ələ salmaq üçün istifadəyə buraxılan “nihilist” kəlməsinə müsbət məna verərək bu adı fəxrlə daşımağa başlamışdılar).
O vaxtdan əsrlər keçib, dünyada intellektuallar da dəyişib. İlkin anlamında götürəndə, əqli əməklə məşğul olan və korporativ maraqlara görə yox, şəxsi əqidəsinə görə siyasi mübahisədə konkret mövqe sərgiləyən şəxslərə intellektual deyirlər (Yəni bu anlamda Barres özü də intellektual idi).
Hanna Arendt isə ikiqat haqlıdır – Müasir dreyfusların işi səssiz-səmirsiz ötüşür…

Nazirdən Nazpəriyə ad günü hədiyyəsi Türkiyəli müğənni komaya düşdü Kenan Doğuludan "Avroviziya" etirafı: "Səhərə qədər ağladım"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri