Emin Əmrullayev FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə görüşüb
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və digər federasiya rəsmiləri ilə qitənin önəmli klub turnirlərindən biri sayılan FIBA Çempionlar Liqasının rəsmi şəxsləri arasında görüş keçirilib.
"Report" xəbər verir ki, federasiya prezidenti Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilmiş görüşdə qurum rəhbəri əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını bildirib.
FİBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Yanvar 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















