Icma.az
close
up
RU
Yaşıl və ağıllı şəhərlərə keçid başlayır Politoloq

Yaşıl və ağıllı şəhərlərə keçid başlayır Politoloq

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qarabağ və Şərqi Zəngəzurda sıfırdan müasir şəhərsalma modeli tətbiq olunur

 

“Yeni şəhərsalma modeli ekoloji dayanıqlıq və həyat keyfiyyətini artıracaq”

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu qərar indiki mərhələdə həm diqqətçəkən, həm də ümumi mənada olduqca vacib bir addımdır. Azərbaycanda şəhərsalma və onun tərkib hissəsi olan şəhər planlamasına ehtiyac ildən-ilə artan bir çağırışa çevrilib. Əhali sayının artması urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində yeni infrastruktura olan tələbatı yüksəldir. Paytaxt Bakının yükünün ildən-ilə artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, şəhərlərin planlaşdırılması məsələsi yeni mərhələyə qədəm qoymalıdır. Müasir şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır, nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməlidir.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, son illərdə ölkədə bu sahədə mühüm işlərə start verilib. Ekspertin sözlərinə görə, paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu meyarlar əsas götürülür:

"Lakin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin artıq zərurətə çevrildiyini və dövlətin bu məsələyə daha kompleks yanaşacağını göstərir. Dünyanın bir çox ölkəsində “yaşıl şəhərlər” konsepsiyası qəbul edilib. Bu yanaşma ekoloji dayanıqlılığı, hava keyfiyyətini, insan sağlamlığını və həyat keyfiyyətini ön plana çıxarır. “Ağıllı şəhərlər” isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir. Bu modelin ölkəmizdə tətbiqi həm dövrün tələblərinə uyğunlaşmaq, həm də gələcək perspektivdə bir çox sahədə mühüm yeniliklərə yol açmaq baxımından əhəmiyyətlidir. Bu təşəbbüsün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri klassik şəhərsalma nümunəsi deyil, sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilə bilər. Bu regionlarda ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi yalnız yaşayışın bərpasına deyil, eyni zamanda iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək".

Analitik əlavə edib ki, düzgün planlama və gələcək perspektivə hesablanmış dövlət qayğısı nəticəsində paytaxt Bakının yükü əhəmiyyətli dərəcədə azala, regionlar isə paytaxtdan asılı olmadan inkişaf edə bilər:

"Digər mühüm məqam şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə paralel aparılmasıdır. Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla bəzi ərazilərdə tarixi məkanlar ya baxımsız qalır, ya da səhlənkarlıq nəticəsində sıradan çıxır. Halbuki ölkənin bir çox şəhər və rayonlarında yerləşən tarixi abidələrin həm bərpasına, həm kompleks təmirinə, həm də müasir şəhərsalma modeli ilə inteqrasiyasına ehtiyac var. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Əksinə, memarlıq irsinin qorunması və müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiya olunması şəhərlərin kimliyini və estetik dəyərini daha da artırır. Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar, tarixi irsin qorunması və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə institusional və ideoloji baza yaradır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi qarşıdakı dövrdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri