Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur müğənni və iş adamı Emin Ağalarov Dağıstanda baş vermiş dağıdıcı daşqınlardan zərər çəkənlərə kömək məqsədilə 120 min dollar vəsait ayırıb.
Kult.az Musavat.com-a istinadən xəbər verir ki, yardımın 90 min dollar məbləğindəki ilk hissəsi artıq 17 aprel tarixində Rusiya Qızıl Xaç Cəmiyyətinə köçürülüb.
Ağalarov bu qərarını Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında elan edib.
Sözügedən vəsait sənətçinin 13-16 aprel tarixlərində İrkutsk, Krasnoyarsk, Novosibirsk və Tomsk şəhərlərində keçirdiyi dörd konsertdən əldə etdiyi tam qonorar hesabına formalaşıb.
İfaçı konsertlərdən gələn gəlirin üzərinə öz şəxsi vəsaitini də əlavə edərək məbləği artırıb.
Toplanan bütün vəsait fəlakətdən zərər çəkmiş sakinlərə ünvanlı yardım göstərilməsi üçün Rusiya Qızıl Xaç Cəmiyyətinin hesabına köçürüləcək.
Baxış sayı:157
Bu xəbər 18 Aprel 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















