Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə fotosunu paylaşıb bunları yazdı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Suriyanın birinci xanımı Lətifə əl-Durubi ilə fotosunu paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin birinci xanımı yazıb:
"Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə Əl Durubini qəbul etməkdən çox məmnun oldum.
Humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi bir çox mühüm məsələlərdən danışmaq imkanımız oldu. Xüsusilə, bütün dünyada müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birlikdə atacağımız addımları müzakirə etdik.
Mən bəyan etdim ki, biz keçmişdə olduğu kimi bu gün də Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində Suriya xalqının yanındayıq.
İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək birgə səylərin nəticəsi olacaq və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Fevral 2025 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















