Icma.az
close
up
RU
Əmizdirmə problemləri: laktostaz

Əmizdirmə problemləri: laktostaz

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Laktostaz döşdə bir və ya bir neçə süd axarlarının tutulmasıdır.

Qadın döşündə 15-25 sayda olmaqla paylar vardır ki, onların da hər biri öz axarı vasitəsi ilə döş giləsinə açılır. Bu axarlardan hər hansı biri sıxılmış olarsa, həmin yerdə "süd tıxacı" yaranır ki, bu da həmin paydan südün kifayət qədər xaric olmasını çətinləşdirir. Bu hissə şişkinləşir, ağrımağa başlayır. Zədələnmiş döşü sağarkən, döş giləsinin bəzi yerində südün ya az gəldiyi, ya da gəlmədiyini görmək olur.

Anada laktostaz, uşağın əmizdirilməsinin istənilən dövründə - uşaq 1 aylıq, 5 aylıq və hətta 1 yaşında olarkən də yarana bilər. Laktostazın əsas səbəbi – döşün və ya onun hər hansı bir hissəsinin pis boşalmasıdır. Əgər qadın, laktostaz ilə mübarizədə tələb olunan tədbirləri yerinə yetirməzsə, onun döşündə mastit (döşün iltihabı) inkişaf edə bilər.

Laktostaz zamanı yardım

Laktostaz zamanı - əksər hallarda, döşü uşağa düzgün vermək və onu daha tez-tez əmizdirmək lazımdır (təxminən hər saatda 1 dəfə olmaqla). Tutulmuş kanalı açmaq üçün körpənin çənəsinin həmin kanal istiqamətinə yönəlmiş halda əmizdirmək məsləhətdir. Bu halda tutulmuş kanal daha tez boşalır. Deyilənlərə əməl olunarsa, əksər hallarda növbəti gün laktostazın bütün əlamətləri keçib gedir.

Bir qədər ağır hallarda, uşağı tez-tez əmizdirməklə yanaşı, əlavə olaraq döşün sağılması da aparılır. Sağılmaların sayı vəziyyətin mürəkkəbliyindən asılı olaraq gün ərzində 1-3 dəfə aparıla bilər. Döşləri isti duşda su altında sağmaq daha asan və məhsuldar hesab olunur. Duşdan istifadə etmək mümkün olmadıqda döşlərə isti kompresləri qoymaq və daha sonra sağmaq məsləhətdir.

Döşü “son damlasına qədər” sağdıqdan sonra zədələnmiş döşü əmmək üçün uşağa vermək lazımdır. Bu zaman uşaq döşdə olan süd qalıqlarını, döş payının axarını tutan "süd tıxacını" da (əllə sağmaqla onu xaric etmək çox çətin olur) əmməklə xaric edə bilər.

Bəzi hallarda döşün bircə dəfə, belə - tam şəkildə boşaldılması, daha sonra isə, zədələnmiş döşü ilə uşağın tez-tez əmizdirilməsi laktostazın asanlıqla keçib getməsi üçün kifayət edir.

Daha ağır hallarda, döşün zədələnmiş payında olan ağrı hissiyyatı və şişkinlik kimi əlamətlər, hətta döşün tam sağılmasından sonra da keçib getmir. Bütün bunlar aparılan müalicənin nəticəsində tədricən – təxminən müalicənin 3-cü günü keçib gedir ki, bu zaman döşün sağılmasından da tədricən imtina etmək olar.

Hər əmizdirmədən sonra döşün sağılması da lazım deyil, çünki bu yolla, ananın döşü, uşağının nə qədər südə ehtiyacı olması barədə düzgün olmayan "məlumat alır". Bu halda hər dəfə daha artıq miqdarda süd xaric olmağa başlayacaq. Uşağın isə, əlbəttə ki, bu qədər südə ehtiyacı olmur. Bu zaman ana ya hər dəfə öz döşlərini sağmalıdır, və ya anada laktostazın biri qurtaran kimi, digəri başlayacaq.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri