Icma.az
close
up
RU
Ən bahalı villa borca görə satılır Görün kimindir?

Ən bahalı villa borca görə satılır Görün kimindir?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyada Rusiya Federasiyasının ən varlı adamlarından biri, sanksiyaya məruz qalan oliqarx Əlişir Usmanovun villası borclarına görə satışa çıxarılıb.

Lent.az-ın məlumatına görə, Almaniyanın “Merkur” nəşri xəbər verir ki, söhbət Bavariyada Tegernsee gölünün sahilindəki Usmanov malikanəsindən gedir.

Bu villa Almaniyanın ən bahalı daşınmaz əmlakıdır, 25 milyon avro dəyərində qiymətləndirilir.

Usmanov bu villadan 2011-ci ildən 28 fevral 2022-ci ilə qədər “yay iqamətgahı” kimi istifadə edib. O vaxtdan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb və Almaniyadan qaçmağa məcbur olub.

Villa 2011-ci ildə oliqarxla əlaqəsi olan Men adasından “Tegernsee Limited” ofşor şirkəti tərəfindən 7,8 milyon avroya alınıb. Usmanov özü villanın ona məxsus olmadığını, onu həftədə 77 min avroya kirayələdiyini iddia edib.

Əlişir Usmanov

Almaniyada Usmanov vergidən yayınmaya görə, təhqiq edilir. Usmanovun villa ilə əlaqəsini inkar etməsi səbəbilə onun saxlanması üçün borclar yığılıb və onlar həbs edilmiş əmlakı satmaq qərarına gəliblər.

Villanın sahəsi 735 kvadratmetrdir. Köşkdə dörd yataq otağı və yuxarı iki mərtəbədə hamam var. Villada həmçinin sauna və hovuz da var.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Ukrayna məhkəməsi nəhayət milyarder Usmanovun dəmir filizi məhsulları və İT şirkətinin nizamnamə kapitalı da daxil olmaqla 2 milyard UAH-dan çox əmlakını müsadirə edib. Bu qərar qanuni qüvvəyə minib və şikayət verilə bilməz.

Xatırladaq ki, Əlişir Usmanov sanksiyalar altındadır və Aİ hesablarından istifadə edə bilməz. Eyni zamanda, Usmanov ən zəngin ruslardan biridir və Rusiya hakimiyyəti ilə geniş əlaqələrə malikdir. Usmanova Kremlin maliyyə axınlarını idarə etmək həvalə olunub; onu Rusiya prezidenti Vladimir Putinin “etibarlı vasitəçisi” də adlandırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see335

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see319

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see259

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see237

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see226

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see221

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see215

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see213

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see207

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see184

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see179

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see175

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see170

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see164

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see164

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see163

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see151

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see150

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri