Icma.az
close
up
RU
“Ən qəddar”, 22 nəfərin qatili məşhur killer azadlıqda 24 illik HƏBS HƏYATI

“Ən qəddar”, 22 nəfərin qatili məşhur killer azadlıqda 24 illik HƏBS HƏYATI

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Rusiyada “Orexovskaya” mütəşəkkil cinayət qrupunun keçmiş killeri Oleq Pronin 24 illik həbsdən sonra azadlığa çıxıb.

Moskvannın ən qəddar muzdlu qatillərindən biri hesab edilən keçmiş OPG üzvü 2023-cü ildə azadlığa buraxılıb. Yerli medianin yaydığı məlumata görə, amansız cəllad 24 il həbsdə qaldıqdan sonra daimi yaşamaq üçün dəniz kənarına köçüb. Hazırda Proninin 58 yaşı var.

O, 67 yaşlı həyat yoldaşı,eyni zamanda keçmiş vəkiliolan Yelena Kurakina ilə birlikdə Krımda gizli həyat sürür. Cütlük dolanışıq üçün Proninin doğulduğu Kemerovo şəhərində valideynlərinə məxsus üçotaqlı mənzili 4 milyon rubla satıb. Qatilin adının diqqət çəkməməsi üçün satış işləri ilə həyat yoldaşı məşğul olub.

“Al Kapone” ləqəbli Pronin iş tapmaqda əvvəlcə çətinlik çəkib. Daha sonra isə Rusiyanın ən məşhur killerlərindən biri yerli taksi xidmətinə işə götürülüb. Keçmiş bandit köhnə “Mazda” markalı avtomobillə VIP müştəriləri daşıyır. Müştərilər isə təbii ki, sürücülərinin vaxtilə 22 nəfəri öldürdüyünü bilmirlər.

Məlumata görə, Pronin həbsxanada olduğu müddətdə də aqressiyasını cilovlamağı tam öyrənməyib. “Orexovskaya” qrupunun keçmiş muzdlu qatili cəzaçəkmə müəssisəsində rejimi dəfələrlə kobud şəkildə pozub. Buna görə də azadlığa çıxdıqdan sonra onun üzərində üç il müddətinə ciddi nəzarət tətbiq edilib.

O, Krım ərazisini tərk edə bilmir və gecələr taksi fəaliyyəti göstərməsi qadağandır. Çünki axşam saat 22:00-dan səhər 06:00-a qədər evdən çıxmasına icazə verilmir. Bundan əlavə, ayda iki dəfə polis bölməsində qeydiyyatdan keçməlidir.

Lakin bu nəzarətin payızda başa çatacağı bildirilir. Bundan sonra isə keçmiş killer tam sərbəst və nəzarətsiz həyat yaşayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri