Icma.az
close
up
RU
Ən sağlam qidalar olsalar da, köp yaradırlar

Ən sağlam qidalar olsalar da, köp yaradırlar

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Düzgün qidalanma rasionunda tez-tez yer alan bəzi məhsullar gözlənilməz narahatlıq yarada bilər. Həkimlər xəbərdarlıq edir ki, “sağlam” hesab olunan bəzi qidalar bağırsaqlarda qaz və köp əmələ gəlməsinə səbəb olur.
Demokrat.az-ın məlumatına görə rusiyalı neyroqastroenteroloq Andrey Simakov bildirib ki, bir çox düzgün qidalanma məhsulu FODMAP adlı maddələrlə zəngindir. Bu maddələr bağırsaq bakteriyaları tərəfindən sürətlə parçalanır və nəticədə qaz yaranması, şişkinlik kimi problemlər ortaya çıxır.
Ekspertin sözlərinə görə, ən tipik nümunələrdən biri avokadodur. Bu məhsul sağlam qidalanmanın simvollarından sayılsa da, tərkibində perseitol adlı şəkər spirti var və bu maddə asan fermentasiya olunur. Təxminən 60 qramdan çox avokado bəzi insanlarda köp yarada bilər.
Bağırsaqlarda narahatlıq yaradan digər məşhur məhsul isə protein batonlarıdır. Həkim qeyd edir ki, bu məhsullara tez-tez inulin əlavə edilir. Inulin qida əlavələrində və sinbiotiklərdə də istifadə olunur, lakin bəzi insanlarda bağırsaq bakteriyaları üçün “qida” rolunu oynadığı üçün qaz və şişkinlik yaradır.
Simakovun sözlərinə görə, eyni təsiri verə bilən digər məhsullar da var. Onların sırasında kombuça, çobanyastığı çayı, kasnı, alma, çovdar çörəyi, bal, sarımsaq və soğan göstərilir. Hətta bəzi qoz-fındıq növləri də oxşar reaksiya verə bilər. Meyvə və giləmeyvələr arasında isə qarpız, şaftalı və gavalı köp yaradan məhsullar kimi qeyd olunur.
Həkim vurğulayıb ki, istiliklə emal bu maddələri məhv etmir. Məsələn, bişmiş alma həmişə daha asan həzm olunan qida sayılmır. Fermentasiya isə əksinə, bu komponentləri parçalaya bilir və buna görə alma sirkəsi adətən problem yaratmır.
Andrey Simakov əlavə edib ki, hər kəs üçün eyni qadağan olunmuş məhsul siyahısı yoxdur. FODMAP maddələrinə reaksiya fərdi olur. Bəzi insanlar sarımsağa həssas ola bilər, digərləri isə heç bir narahatlıq hiss etməyə bilər. Bu səbəbdən ən doğru üsul orqanizmin reaksiyasını müşahidə etməkdir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Mart 2026 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri