Icma.az
close
up
RU
Ənənənin ruhu ilə gələcəyin formasını birləşdirən gənc: Məqsədim Azərbaycan motivlərini zamanın dili ilə yenidən danışdırmaqdır MÜSAHİBƏ

Ənənənin ruhu ilə gələcəyin formasını birləşdirən gənc: Məqsədim Azərbaycan motivlərini zamanın dili ilə yenidən danışdırmaqdır MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 iyul, Təhminə Verdiyeva, AZƏRTAC

Azərbaycanın zəngin mədəni irsini müasir estetik baxışla vəhdətdə təqdim edən gənc sənətkarlar arasında özünəməxsus yaradıcılıq yolu ilə seçilən Qubad Bağırzadə həm sənət aləmində, həm də pedaqoji sahədə uğurla fəaliyyət göstərir. Xüsusi bacarığı ilə seçilən bu gənc Azərbaycan Rəssamlıq Akademiyasında Dizayn və Texnologiyalar Fakültəsinin keramika və şüşə ixtisası üzrə dördüncü kurs tələbəsidir. III qrup gözdən əlil olmasına baxmayaraq, o, sənətin fiziki sərhəd tanımadığını əyani şəkildə sübut edir. Hazırda sahəsi üzrə çalışan və ustad dərsləri verən bu gənc sənətkar sənətə yanaşmasında ənənəvi və müasirlik arasında körpü qurur.

AZƏRTAC 15 İyul - Ümumdünya Gənclərin Bacarıqları Günündə Qubad Bağırzadə ilə müsahibəni təqdim edir.

- Keramika və şüşə sənətində ənənəvi Azərbaycan motivləri ilə müasir formaları necə uzlaşdırırsınız? Bu balansı yaratmaq üçün hansı yanaşmanı əsas götürürsünüz?

- Ənənəvi Azərbaycan motivləri mənim üçün yalnız dekorativ elementlər deyil, eyni zamanda, yaddaşımızın kodlarıdır. Bu motivləri müasir formalarda təqdim edərkən məqsədim onları sadəcə təkrarlamaq deyil, zamanın dili ilə yenidən danışdırmaqdır. Formalar hazırlayarkən daha çox milli motivlərdən istifadə edirəm. Beləliklə, milli naxışlar və rəng palitrası bu formalarda yeni məna qazanır.

- Hazırda sahəniz üzrə çalışmaq və ustad dərsləri keçmək sizə həm yaradıcı, həm də pedaqoji baxımdan hansı imkanları və çətinlikləri təqdim edir?

- Ustad dərsləri keçmək mənim üçün ikiqat öyrənmə prosesidir - həm başqalarına öyrədirəm, həm də özüm daha dərindən öyrənirəm. Pedaqoji baxımdan isə hər bir tələbə ilə fərdi yanaşma bəzən çətin ola bilər, amma bu da ünsiyyət bacarıqlarımı inkişaf etdirir.

- Sizin üçün bir sənət əsərində “funksionallıq” və “estetik” arasında münasibət nə dərəcədə vacibdir? Xüsusilə, keramika və ya şüşə obyektlərində bu ikiliyi necə tənzimləyirsiniz?

- Mənə görə funksionallıq və estetik bir-birinə qarşı duran anlayışlar deyil, bir-birini tamamlayan qatdır. Keramika və şüşə kimi sahələrdə bəzən bir obyekt yalnız gözəl olduğu üçün deyil, gündəlik həyatda istifadə edildiyi üçün də mənalı olur. Mən obyektlərimdə bu iki xətti paralel aparmağa çalışıram. Bəzən forma funksiyaya tabe olur, bəzən də əksinə.

- Azərbaycan dekorativ-tətbiqi sənətinin gələcəyini necə görürsünüz? Gənc sənətkar olaraq bu gələcəyə töhfəniz nədən ibarət olacaq?

- Düşünürəm ki, Azərbaycan dekorativ-tətbiqi sənəti yeni canlanma dövrünə daxil olub. Bizim kimi gənclər artıq bu sənətə yalnız folklor elementi kimi yox, çağdaş vizual dilin bir hissəsi kimi baxırlar. Mənim töhfəm bu baxışın genişlənməsində iştirak etməkdir. Sənətimlə bu ənənənin içindən çıxaraq ona yeni forma və kontekst qazandırmaq istəyirəm. Həmçinin gələcəkdə yerli və beynəlxalq sərgilərdə ölkəmi laiqincə təmsil etmək niyyətindəyəm.

- Ustadlardan öyrəndiklərinizlə şəxsi yaradıcılıq işinizi necə formalaşdırırsınız? Sizcə, orijinallıq ustad ənənəsindən ayrılmaqdadır, yoxsa onu davam etdirməkdə?

- Ustadlardan öyrənmək həm texniki, həm də düşüncə baxımından böyük zənginlikdir. Mən bu bilikləri təkrarlamaq üçün deyil, öz yolumu daha aydın görmək üçün çalışıram. Orijinallıq bəzən ənənəni sındırmaqla, bəzən isə onu yeni kontekstdə yaşatmaqla ortaya çıxır. Mən bu ikisini qarşı-qarşıya qoymuram, hər ikisi yaradıcılıq üçün mənbədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see141

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see125

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see125

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see117

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Yannik Sinner Alkarası məğlub edərək ilk dəfə Uimbldon çempionu olub

13 İyul 2025 23:11see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri