Icma.az
close
up
RU
Enerji içkilərində gizli maddə. Qaraciyər sirrozu və beyin şişlərinə səbəb olur

Enerji içkilərində gizli maddə. Qaraciyər sirrozu və beyin şişlərinə səbəb olur

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Enerji içkiləri orqanizmə çox ciddi ziyan vurur və hətta ani ölümə səbəb ola bilir. Artıq dünyada bir neçə belə ölüm hadisəsi qeydə alınıb.

Mütəxəssislərin fikrinə görə, enerji içkilərin ziyanı siqaret və spirtli içkilərin sağlamlığa olan ziyanından heç də az deyil. Lakin siqaret və spirtli içilər reklam olunmur və uşaqlara satılmır. Enerji içkilər isə çox geniş, hətta deyə bilərik aqressiv şəkildə reklam olunur və istənilən yaşda olan uşaqlar onları asanlıqla alıb içə bilir. Təəssüflər olsun ki, bəzən bu içkilərin reklamında tanınmış simalar, hətta idmançılar da yer alır ki, bu insanlar əksinə cəmiyyətə sağlam vərdişləri aşılamalıdır. Lakin bu tamam başqa mövzudur...

Enerji içkilərin tərkibində yüksək miqdarda kofein var. Kofein orqanizmə güclü stimullaşdırıcı təsir edərək orqanizmin zəifləməsinə və tükənməsinə səbəb olur. Həmçinin kofein tez asılılıq yaradır və insana lazım olan “effekt” almaq üçün hər dəfə daha və daha çox enerji içki lazım olur.

Ancaq enerji içkilərinin mənfi təsiri burada bitmir. Saglamolun.az bildirir ki, Rusiyanın “Svobodnaya Pressa” nəşrinə müsahibə verən həkim-diyetoloq Anastasiya Klemışına bu içkilərin tərkibində olan növbəti ziyanlı maddəsinin qorxunc sirrini açıqlayıb. Söhbət qlükuronolakton maddəsindən gedir. Bu maddə orqanizmdə qlükozanın mübadiləsi zamanı cüzi miqdarda əmələ gəlir və orqanizmə ziyan vurmur. Lakin enerji içkilərin tərkibində bu maddənin miqdarı orqanizmdə istehsal olunandan 500 (!) dəfə çoxdur. Qlükuronolakton Vyetnam müharibəsi zamanı süni sintez olunmuşdur və ABŞ əsgərlərinə döyüş ruhunu artırmaq məqsədi ilə verilirdi. Preparatın tərkibində qlükuronolakton maddəsi yüksək dozada idi və onun orqanizmə təsiri faciəvi olub – onu qəbul edən əsgərlərdə beyin şişləri və qaraciyər sirrozu aşkar olunurdu. Təbii ki, preparatın istifadəsi dayandırılıb.

Artıq dünyanın bir çox ölkələrində enerji içkilərin istifadəsinin məhdudlaşdırılması və ya dayandırılması  ilə bağlı müzakirələr gedir, bəzi ölkələrdə isə bu qaydalar artıq qüvvəyə minib.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri