Icma.az
close
up
RU
Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir Sevil Mikayılova

Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir Sevil Mikayılova

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlər boyu xalqlarımızı bir-birinə bağlamış, iki ölkəni strateji tərəfdaşlığa doğru aparıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və mehriban qonşuluq prinsipləri iki ölkə arasında əlaqələrin mütxtəlif sferalarda sürətli inkişafına əsas yön verən amildir. Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatlar da iki tərəfli inkişaf səviyyəsini bir daha göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sölərinə görə, müasir dövrdə bu münasibətlər regionun iqtisadi, nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən, beynəlxalq əməkdaşlıq üçün nümunə göstərilən dinamik inkişaf mərhələsindədir:

"Xalqlarımız qonşuluq və ortaq tarix sayəsində sülh, mehribanlıq və qardaşlıq ənənələrini qoruyub saxlayır. Bu ənənələr müasir zamanda da siyasət və cəmiyyətlərarası münasibətlərə mühüm təsir göstərir, hökumətlər səviyyəsində yüksək etimada əsaslanan dialoqun formalaşmasına təkan verir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Mixeil Kavilaşvilinin qarşılıqlı rəsmi və işgüzar səfərləri siyasi dialoqu gücləndirir:

"Xarici işlər nazirlərinin və hökumətlərarası komissiyaların fəaliyyəti ikitərəfli gündəmin müxtəlif sahələr üzrə davamlı müzakirəsinə şərait yaradır. Hər iki ölkə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əmin‑amanlığın təmin edilməsində fəal iştirak edir".

İki ölkənin enerji sahəsindəki əməkdaşlığına toxunan deputat Sevil Mikaylova bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi (Şahdəniz-TANAP-TAP) Avropanın enerji təhlükəsizliyinə strateji töhfədir:

"Azərbaycandan Gürcüstan vasitəsilə 12 ölkəyə ixrac olunan təbii qaz regionun enerji xəritəsini zənginləşdirir. Bu layihələr yalnız iki ölkənin deyil, bütün Avrasiya regionunun enerji asılılığının diversifikasiyasına xidmət edir.

Bakı-Tbilisi-Qars dəmiryolu Şərq-Qərb arasında ən effektiv və qısa marşrutlardan biridir. Yeni inşa edilmiş dəmir yolu şəbəkəsi və liman infrastrukturu "Orta Dəhliz" layihəsinin ayrılmaz hissəsinə çevrilərək yük axınını artırır və logistika xərclərini azaldır. İldən‑ilə tranzit həcmlərinin genişləndirilməsi üçün birgə layihələr icra olunur".

S.Mikayılova sonda əlavə edib ki, ikitərəfli münasibətlərimizin dinamik inkişafı siyasi etimad, iqtisadi tərəfdaşlıq və ortaq region strategiyası üzərində qurulub.

"Enerji və nəqliyyat sahələrində reallaşan nəhəng infrastruktur layihələri yalnız Azərbaycanın və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir. Gələcəkdə də bu yüksələn xətt davam edəcək, əməkdaşlığımız yeni səviyyələrə qalxacaqdır" - deputat qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri