Əraqçı: İran zərbələr nəticəsində bir neçə komandirini itirmiş ola bilər
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin zərbələri nəticəsində ölkənin bir neçə komandirini itirmiş ola biləcəyini bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
"Bildiyimə görə, İranın ali lideri sağdır", - A.Əraqçı qeyd edib.
Nazirin sözlərinə görə, məhkəmə hakimiyyətinin rəhbəri, parlament sədri və bütün yüksəkvəzifəli rəsmilər sağdırlar. O əlavə edib ki, Milli Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla hamı hazırda vəzifə başındadır.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" adlı preventiv əməliyyata başladığını açıqlayıb. Hər iki ölkə hava məkanını bağlayıb.
Sonradan ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın "Epik qəzəb" adlandırıldığını bildirib.
Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) raket buraxılışlarını təsdiqləyib, ölkə üzrə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Həmçinin İran Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını "Doğru vəd 4" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 28 Fevral 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















