Əraqçi: Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar
Icma.az bildirir, Apa.az portalına istinadən.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi xarici hərbi qüvvələrin İran ərazisi yaxınlığında yerləşməsinin daimi risk yaratdığını bəyan edib.
APA xəbər verir ki, Əraqçi bu barədə "X" hesabında paylaşım edib.
“Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zonasına düşmək ehtimalı səbəbindən daimi risk altındadırlar”, - deyə o bildirib.
İranlı nazirin sözlərinə görə, risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir.
O qeyd edib ki, İran diplomatiya dilinə üstünlük verir, lakin zərurət yaranarsa başqa üsullardan da istifadə etməyi bacarır.
Paylaşımda həmçinin qeyd olunur ki, Hörmüz boğazı beynəlxalq sular hesab edilmir, İran və Oman arasında bölüşdürülmüş akvatoriyadır.
"İran Silahlı Qüvvələri ölkənin hava məkanının, ərazi sularının və quru sərhədlərinin pozulmasına qarşı daim yüksək hazırlıq vəziyyətindədir", - nazir yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 09 İyun 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















