Icma.az
close
up
RU
Ərdəbilin bir mollasına görə bizi niyə təhqir edirsiniz?

Ərdəbilin bir mollasına görə bizi niyə təhqir edirsiniz?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlərdə İranın müəyyən dairələrində Azərbaycana qarşı çirkin siyasət və din xadimlərinin, eləcə də rəsmi medianın antiazərbaycan siyasəti gündəmdədir. Bir çox azərbaycanlı “ziyalı” Güney azərbaycanlılara “niyə etiraz etmirsiz” deyə səslənir və hətta ağır sözlər də (qul, nökər və s.) deyir.

Hamımız bilirik ki, İranda hakim dairələr və bir sıra destruktiv qurumlar İran və Azərbaycan münasibətlərinin daim gərgin qalmasında, antitürk və türkofobiya hisslərinin güclənməsində, Azərbaycan və Türkiyə timsalında tarixi düşmən obrazı yaratmaqda maraqlıdırlar. Ara-sıra İran rəsmi kanalları və qeyri-rəsmi KİV-ləri Azərbaycan və Anadolu türklərini təhqir edir, dövlət başçılarına, türk liderlərinə və tarixi şəxsiyyətlərinə qarşı təhqiramiz ifadələr işlədilir. Bəzi hallarda rəsmi şəxslər, millət vəkilləri və hakimiyyətdə təmsil olunan rəsmilər belə Azərbaycan və Türkiyəyə qarşı xoşagəlməz fikirlər bildirir.

İranın belə siyasəti bəzi hallarda Azərbaycan və Türkiyə rəsmi dairələri vasitəsi ilə etirazlarla qarşılansa da, ümumiyyətlə, Azərbaycan və Türkiyənin İranın belə əməlləri qarşısında siyasəti kifayət qədər sərt olmayıb. Bunun səbəbi bəzən diplomatik etika qaydaları olsa da, bir çox halda İran dini rəhbərlərinin və rəsmilərinin hiyləgərliyi səviyyəsinə çata bilməməyimizdir. Daha dəqiq desəm, bu qədər əxlaqsızlığı dövlət və millət olaraq bacarmamağımızdır.

İran KİV-i vaxtı ilə türkləri “hamam böcəkləri”nə oxşadanda Azərbaycan və Türkiyə İrana qarşı hec bir etiraz etmədi.

İranda milyonlarla türk etiraz aksialarına qalxanda Azərbaycan və Türkiyə İranın daxili işlərinə qarışmadı – ancaq İran hər yerə burnunu soxur.

Dəfələrlə Təbriz Universitetində Azərbaycan türklərinə qarşı həyata keçirilən hücumlar və tələbələrə qarşı zorakılıq, qətl və digər xoşagəlməz təhqirlər baş verəndə Azərbaycan və Türkiyə sərt bəyanat vermədi.

Urmu gölünün qurudulmasına qarşı etirazlarda həbs edilən və işgəncələrə məruz qalan insanlara qarşı Azərbaycan və Türkiyə laqeyd qaldı.

Urmu gölünün qurudulmasına qarşı soydaşlıq mövqeyindən olmasa belə, region dövləti olaraq və Urmu gölünün qurumasından ziyan çəkən ərazi dövlətləri olaraq da etiraz edən olmadı.

Bu dövr ərzində dəfələrlə Təbrizdə, Ərdəbildə, Urmuda və digər şəhərlərdə Qarabağı dəstəklədiklərinə, Xocalı soyqırımını gündəmə gətirdiklərinə, Azərbaycan Ordusuna dəstək mesajları göndərdiklərinə görə bir çox Güney azərbaycanlı milli fəal həbs edilib, işgəncələrə məruz qalıb. Azərbaycan və Türkiyə dövlət olaraq hansı siyasi məhbusa yardım edib və ya siyasi fəalın hüquqlarının qorunmasına çalışıb? Hansı beynəlxalq hüquq və insan haqları təşkilatlarına məsələ ilə bağlı müraciətlər olub?

Azərbaycan 30 ildən çoxdur dövlət müstəqilliyini əldə edib. Güneydə yaşayan azərbaycanlılar buna sevinir. Biz güneylilər sevindik ki, ərazilərimizin bir hissəsində dövlətimiz bərpa olundu. Müstəqil Azərbaycan dövlətimiz yenidən quruldu. Amma biz bu dövləti özümüzünkü bildiyimiz qədər dövlətimiz bizi özününkü saymır.

Biz güneylilər hər şeyi başa düşürük və bilirik. Azərbaycanın zəif olan günlərində gileylənməyi belə özümüzə rəva bilmədik. Bütün olanları və güneylilərə qarşı laqeydliyi ürəyimizdə gizlətdik. Etiraz belə etmədik. Amma indi artıq güclü Azərbaycan dövləti var. Prezidentimizin fəaliyyətləri nəticəsində böyük dövlətlər qarşısında dik dayana biləcək, onların təzyiqlərinə əyilməyəcək bir dövlət qurulub. Dünyanın ən güclü dövlətləri qarşısında öz haqqını və dövlətçiliyini, eləcə də vətəndaşlarının hüquqlarıni müdafiə edə bilən bir dövlətimiz var!

İndi artıq Azərbaycan 40 milyonluq azərbaycanlının da hüquqlarını qoruyacaq gücdədir!

Prezident özü də bildirib ki, Azərbaycan 50 milyonluq azərbaycanlının vətənidir. İndi dövlət siyasəti də bu istiqamətdə olmalıdır, dövlət proqramı və strategiyası ortaya qoyulmalıdır.

İran dövləti Azərbaycana qarşı silahlı dəstələr yaratmaqdan çəkinmir. “Hüseyniyyun” və “Fatimiyyin” təşkilatlarını yaradıb maliyyələşdirir. Onlara hərbi və silahlı mübarizə təlimləri keçirir. Suriyada, Livanda və digər münaqişəli yerlərdə onlardan istifadə edib təcrübə toplamalarına, hazırlanmasına çalışır. Azərbaycan Respublikası ərazisində millət vəkilinə və digər vətəndaşlara qarşı terror hadisələri törədə bilir. İranda oturan hər hansı bir “müctəhid” və ya “din xadimi” Azərbaycan vətəndaşlarını terrora təşviq edə, qətllərə “fitva” verə bilir. Və yaxud bir “əyalət mollası” Azərbaycan və Türkiyə prezidentinlərinə qarşı təhqirlər yağdıra, hətta təhqiramiz ifadələr işlədənlərə şərait yaradıb, məclislər qura bilir.

Amma biz öz soydaşlarımızın haqqını deyə, onları qoruya bilmirik?

Minlərlə Azərbaycan Respublikası vətəndaşı Qum, Tehran, Məşhəd və digər şəhərlərdə pulsuz-parasız İran dövlətinin dini mərkəzlərinin hesabına təhsil alır, Azərbaycana qarşı təşkilatlara cəlb edilir. Bəzi hallarda onların bir çoxu Azərbaycana göndərilir və İranın dini təbliğatçısına çevrilir. Bəs Azərbaycan universitetləri və təhsil dairələri hansı güneylinin Azərbaycanda oxumasına şərait yaradıb? Onlara hansı elmi təhsillər verilib? Orada yaşayan azərbaycanlıların maariflənməsi üçün hansı kadrların hazırlanması həyata keçirilib? Güneylilərin dil, tarix, hüquq, idarəetmə və digər elmlərini gücləndirmək üçün hansı tədbirlər görülüb?

Azərbaycanda yaşayan Güney azərbaycanlı miqrantlar əfqan, çeçen, suriyalı miqrantlardan nə ilə fərqlənir? Hansı əlavə hüquqlara malikdirlər? Azərbaycanda yaşayan Güney azərbaycanlıların vətəndaş qədər hüquqları olmalı deyilmi?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Yanvar 2025 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri