Ərdəbilin cümə imamının COP29da iştirak etmədiyinə görə Pezişkiana təşəkkür edib
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Anti-Azərbaycan və anti-Türk mövqeləri ilə tanınan Livan əsilli Ərdəbilin cümə imamı Seyid Həsən Amuli Bakıda iqlim dəyişikliyi konfransında iştirak etmədiyinə görə Pezeşkiana təşəkkür edib.
Gunaz.tv
“Mən cənab prezidentə Bakı konfransında iştirak etmədiyinə görə səmimi qəlbdən təşəkkür edirəm. Bütün dünya azərbaycanlıları adından bəyan edirəm ki, İsrail prezidentinin Azəri bölgəsində olmasından iyrəndik” -deyə özünü azərbaycanlı kimi göstərən bu livan əsilli din adamı öz çıxışında bildirib.
Xatırladaq ki, Seyid Həsən Amuli Qarabağın 30 illik işğalı dövründə ermənilərin minlərlə azərbaycanlı şiəni qətlə yetirməsini, Qarabağ məscidlərinin ermənilər tərəfindən təhqir edilməsini görməzdən gəlsə də özünü hələ də müsəlmanların müdafiəçisi kimi təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















