Ərdoğan İsrail prezidenti ilə bağlı xəbəri təsdiqlədi: Bəli, ona hava məkanımız qapatdıq
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 sammitinə qatılmaq istəyən İsrail prezidenti Yitzhak Hersoqun təyyarəsi üçün Türkiyənin hava məkanını bağladıqları ilə bağlı iddiaları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı xəbəri təsdiqləyib.
O, Yitzhak Hersoqun təyyarəsinə Türkiyə hava məkanını bağladıqları barədə sualı müsbət cavablandırıb: “İsrail prezidenti Yitzhak Hersoqa Azərbaycanda keçirilən iqlim sammitində iştirak etmək üçün Türkiyə hava məkanından istifadə etməsinə icazə vermədik. Ona alternativ yollar təklif etdi. Düzünü desəm, onun o rotadan istifadə edərəık, sammitə gedib-getmədiyini bilmirəm. Ancaq Türkiyə olaraq bəzi məsələlərdə mövqe nümayiş etdirməliyik və bu mövqeyimizi davam etdirəcəyik".
Xatırladaq ki, İsrail mediası Türkiyənin qərarına görə, Hersoqun Bakıya gələ bilmədiyini iddia edir.
Zülfiyyə Mustafayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















