Ərdoğan liviyalı həmkarına Baş Qərargah rəisinin ölümü ilə bağlı başsağlığı verib
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd edib ki, R.T. Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın həlak olduğu qəza ilə bağlı Mənfiyə başsağlığı verib, hadisə yerində araşdırmanın fasiləsiz davam etdiyini onun diqqətinə çatdırıb.
Ərdoğan bildirib ki, iki ölkə arasındakı əlaqələr güclüdür və Türkiyə Liviyaya dəstək verməyə davam edəcək.
Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Dekabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















