Icma.az
close
up
RU
ƏRDOGAN MƏZHƏB DÜŞMƏNÇİLİYİNİ DƏ BİTİRİR Türkiyənin Suriyadakı həmləsinin pərdəarxası... AzPolitika onlayn siyasiictimai qəzet

ƏRDOGAN MƏZHƏB DÜŞMƏNÇİLİYİNİ DƏ BİTİRİR Türkiyənin Suriyadakı həmləsinin pərdəarxası... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrandakı fars rejimi müsəlman dünyasını bölməyə, Türkiyə isə birləşdirməyə çalışır!

Namiq Bilal

Suriyada baş verən proseslər Suriya sərhəddini çox böyük ölçüdə aşır. Oyunun qurucusu və moderatoru Türkiyədir. Türkiyənin hədəfləri haqqında çox yazılır. Amma, diqqət çəkilməsi vacib olan başqa məqamı-məzhəb düşmənçiliyi məsələsini bir qədər açmağa ehtiyac var.

XX əsrin sonlarından başlayaraq sünni-şiə düşmənçiliyinin lokomotivi İran fars rejiminin yaratdığı ˝Şiə hilalı˝ proyektidir. Məlum faktdır ki, İslam dünyasını ikiyə bölən məzhəb düşmənçiliyi Qərbin həyati maraqları çərçivəsindədir. Bu düşmənçilik qədim Vatikan və Venesiyadan başlayaraq bu günümüzə qədər Qərb dairələri tərəfindən körüklənir. Təəccüblü deyil ki, bu günkü ˝Şiə hilalı˝ proyekti də Qərbin bir başa dəstəyi ilə yaradılıb.

Bu proyekt, dünyanın çox zəngin bölgəsi olan Böyük Orta Şərqi öz nəzarətində saxlamaq üçün, Qərbin əlində olan ən əhəmiyyətli instrumentdir. Proyektə daxil olan ölkələr sırasına İraq, Suriya, Livan və Yəmən aiddir. Suriyada əhalinin çoxluğu sünni müsəlmanlardır. Əsəd ailəsi isə cəmi on faizlik ələvi icmasının (ələvilik şiəliyin bir qoludur) təmsilçisidir. Azlığın hakimiyyəti olduğu üçün B. Əsad İran himayəsinə sığınıb, ˝Şiə hilalı˝ proyektinə qatılmaqla öz hakimiyyətini qoruyub saxlayıb.


Bu gün Hələbi alan və Suriya paytaxtına qədər irəliləməyi hədəf seçən müxaliflər isə içərisində isə həm sünni, həm də şiə məzhəbini seçən müsəlmanlar var. Müxaliflər məzhəb düşmənçiliyini deyil, anti-Əsəd mübarizəsini əsas tutsalar da, İran aktiv şəkildə məzhəbçilik məsələsini qabardır. Əsəd rejiminin devrilməsi və ya İran vəkalət güclərinin Suiyadan çıxarılması, bu ölkənin avtomatik olaraq fars rejiminin təsir dairəsindən də qopması demıkdir. Suriya proyektdən çıxarsa, İranın Livanla quru əlaqəsi də kəsilir. Bu halda Livanı da məzhəb düçmənçiliyi proyektində saxlamaq mümkünsüz olacaq.

Regionda məzhəb düşmənçiliyini aradan qaldırmağa çalışan dövlət Türkiyədir. Yaranmış mənzərə belədir: İran müsəlman dünyasını bölməyə, Türkiyə isə birləşdirməyə çalışır. Daban-dabana zidd olan bu iki fərqli yanaşma hansısa liderlərin şəxsi məzhəb kimliklərinin deyil, dövlət maraqlarının diqtə etdiyi siyasi tələblərdir.

Məzhəb düşmənçiliyinin aradan qaldırılmasında Türkiyənin marağına baxaq: Məzhəb düçmənçiliyi təkcə İslam dünyasını deyil, həm də Türk dünyasını bölüb. R.T.Ərdoğanın və D.Baxçalının məzhəb düşmənçiliyini aradan qaldırılması ilə bağlı emosional çıxışlarını yada salaq. Süni olaraq yaradılmış bu düşmənçiliyinin aradan qaldırılması Türk dünyasının birləşməsi yolundakı problemləri də aradan qaldırır.

İranın maraqlarına gəkdikdə, sünni-şiə qarşıdurmasını körükləməklə İran hakimiyyətini iki qazanc əldə edir: Bu düçmənçilikdən fars hakimiyyətinin götürdüyü birinci qazanc, İrandakı türklərin milli-azadlıq hərəkatını və ya İranda həqəqi türk hakimiyyəti qurulmasının əngəllənməsidir. Məlum faktdır ki, İranda türklərin sayı farslardan çoxdur, amma hakimiyyətdə farslardır. İrandakı türklərin böyük hissəsi şiə məzhəbinə qulluq edirlər. Fars rejimi də bundan istifadə edir. Məzhəbçiliyi düşmənçilik həddinə çatdırmaqla, fars hakimiyyəti İran türkləri ilə digər türklər arasında dərin uçurum yaratmağa çalışır, İran türkləri təklənir.


İkinci qazanc isə odur ki, Qərbin tələb etdiyi məzhəb düşmənçiliyini sürdürən fars hakimiyyəti Qərbin dəstəyini alır. Nə qədər ki məzhəb düşmənçiliyi və ˝Şiə hilalı˝ aktualdır, Qərb İranda fars hakimiyyətinin qalmasında maraqlı olacaq.

Böyük Orta Şərqdə İranın yürütdüyü məzhəb düşmənçiliyi yalnız qarşıdurma və xaos yaradır. Tam əksinə, Türkiyə əsasən qalxınma proyektləri ilə meydana girməyə şalışır. Məhz bu fərqli yanaşma İraq dövlətini də tədricən İran cinahından ayıraraq Türk cinahına meyilləndirir. Türkiyənin İraqa təklif etdiyi 15-20 milyard dollar dəyərindəki, Bəsrə körfəzini Avropa ilə birləşdirəcək ˝Qalxınma Yolu˝ proyekti İraqda sabitliyin və inkişafın simvoluna çevrilməkdədir. Bu proyektə Birləşmiş Ərəb Əmirlikləri də daxil, körfəzin varlı ərəb monarxiyaları da qoşulub. Üstəlik, İraqda şiələr də daxil bütün qruplar məzhəb düşmənçiliyinin yaratdığı problemlərə ciddi təpki göstərirlər.

Körfəzdəki ərəb monarxiyaları da məzhəb düşmənçiliyi ideyasından əl çəkmək xətti götürüblər. Səudiyyə Ərabistanı, BƏƏ, Misir və digər sünni ərəb dövlətləri ilə məzhab düşmənçiliyini sonlardırır. Körfəz ərəb ölkələri İran yaxınlaşmağa “yaşıl işıq” yandırıb, hətta birgə hərbi təlimlər keçirirlər. İranın buna razılaşması onu söyləməyə əsas verir ki,artıq fars hakimiyyətinin özü də məzhəb düşmənçiliyinin doğurduğu hədsiz böyük problemləri daşıya bilmir.

Türkiyənin Suriyada başılatdığı böyük həmlə həm Suriyada həm də Livanda Qərbin müsəlman dünyasını parçalmaq üçün birbaşa dəstək verdiyi və məzhəbçiliyi alovlandıran ˝Şiə hilalı˝ proyektini sıradan çıxaracaq. Bununla paralel, İraqda da Türkiyə ilə böyük dirçəliş projelərinə baçlaması bu ölkədə də məzhəb dşmənçiliyinə son qoyacaq. Livan, Suriya və İraqın ˝Şiə hilalı˝ proyektindən qopmaları isə proyektin sonlanması deməkdir. Körfəz ərəb ölkələri isə məzhəbçiliyi sonlandırma işinə aylardır ki start veriblər.

Bütün bu deyilənlər İslam və Türk dünyasını bölmək üçün uzun illərdir həyata keçirilən məzhəb düşmənçiliyi ideyasının sona doğru getdiyini göstərir.

Sual yaranır: Qərbin əlindəki məzhəb düşmənçiliyi siyasəti sıfırlanacaqsa, ABŞ və müttəfiqləri İrandakı fars rejimini dəstəkləməyə davam edəcəklərmi? Hadisələrin inkişaf istiqamətini, Türk birliyinin regionda təsirinin artmasını, eləcə də yəhudi lobbisinin bu istiqamətdəki basqılarıni da nəzərə alsaq, fars hakimiyyətinə verilən Qərb dəstəyinin kəsiləcəyini proqnozlaşdırmaq olar. Bu isə İranın da yaxın gələcəkdə yenidən Türk dövlətinə çevriləcəyini gözləməyə əsas verir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri