Icma.az
close
up
RU
Ərdoğan Putinlə razılaşdı: Həmin şəxs Moskvada qalacaq Bakı detalı

Ərdoğan Putinlə razılaşdı: Həmin şəxs Moskvada qalacaq Bakı detalı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada hökumətin devrilməsindən sonra eks-prezident Bəşər Əsədin Rusiyaya qaçdığına dair yayılan məlumatlar Dəməşqin Moskvadakı nümayəndəliyi tərəfindən təsdiqləndi.

Bəzi ekspertlərin fikrincə, Əsədin Rusiyaya sığınması Türkiyə ilə münasibətlərini gərginləşdirəcək. Beləliklə, Moskva və Ankaranın Yaxın Şərqdə mövqelərinin kəsişməsi nəticəsində yaranan fikir ayrılığı daha da güclənəcək. Bakının hər iki müttəqifi arasında gərginliyin artacağı təqdirdə necə bir yol izləyəcəyi isə suallar doğurub.

Bu məsələ Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyadakı vəziyyət Moskva ilə Ankara arasında münasibətləri pisləşdirməyəcək:

“Doğrudur, Türkiyə faktiki olaraq Rusiyanı bölgədən çıxardı. Lakin, fikrimcə bu məsələ öncədən razılaşdırılıb. Bu səbəbdən rəsmi Moskva Suriyadakı proseslərə ciddi müdaxilə etmədi. Ümumiyyətlə, Ankara vaxtı düzgün seçdi, Bəşər Əsəd rejiminin devrilməsi tam da Moskvanın diqqətinin Ukraynaya yönəldiyi vaxta təsadüf etdi. Odur ki, Rusiya Suriyada qalmaq əvəzinə, qoşunlarını Ukraynaya çəkməyə üstünlük verdi”.


Kənan Novruzov

K.Novruzovun sözlərinə görə, Rusiya və Türkiyə bir-birilərini yaxşı anlayırlar:

“Bu, həm də liderlərin şəxsi münasibəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı proseslərdən sonra səsləndirdiyi, “Dünyada iki lider qalıb – mən və Rusiya Prezidenti Vladimir Putin”, – ifadəsi də göstərir ki, tərəflər arasında razılıq əldə olunub. Nəticə olaraq Ankara Moskvanın ritorikasından razı qalıb.

Odur ki, Azərbaycan heç də seçim qarşısında deyil. Ümumiyyətlə, rəsmi Bakı Suriya məsələsinə qarışmamağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri