Ərdoğan qadına şiddətə görə film sektorununa xəbərdarıq etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü Proqramındakı çıxışı ilə gündəm olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qadınlara qarşı zorakılığı insanlığa xəyanət adlandırıb.
"Qadına qarşı zorakılıq edənlər layiq olduqları cəzanı almalıdırlar. Çünki qadınlara qarşı zorakılıq, bütün insanlığa xəyanətdir. İnsanları yaşadan müqavilələr deyil, qanunlar. Kino və serial sektoru özünə çəki-düzən verməlidir. Çünki qadına şiddət orada normal bir şeymiş kimi göstərilir" deyə Türkiyə prezidenti çıxışında bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən prezident Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülməsi ilə bağlıdır. Qadınların zorakılığa qarşı mübarizə simvolları isə ağ lentdir.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















