Icma.az
close
up
RU
Ərdoğan: “Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik”

Ərdoğan: “Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik”

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi ifadələr, xüsusən də Azərbaycan üçün önəmli tarixi şəxsiyyət olan Şah İsmayıl Xətaiyə yönəlik fikirləri geniş rezonansa səbəb olub. Ərdoğan çıxışında Osmanlı imperiyasının qarşılaşdığı təhdidlərdən danışarkən, Şah İsmayılın da bu təhdidlər sırasında yer aldığını bildirib və belə deyib:

“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik. Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir”, – deyə Ərdoğan vurğulayıb.

Bu fikirlər, xüsusilə Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Çünki Şah İsmayıl təkcə siyasi lider yox, həm də Azərbaycan tarixində milli birliyin, dövlətçiliyin və ədəbi-mənəvi irsin simvolu sayılır. Ərdoğanın böyük türk lideri Əmir Teymur barədə dedikləri də, xüsusən ərəb - kürd konteksində, tənqidə dözümlü deyil. Musavat.com Ərdoğanın açıqlaması ilə qəlbi qırılan Azərbaycan türklərinin bəzi reaksiyalarını təqdim edir.

Tanınmış politoloq və siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” ifadəsi Türkiyə-Azərbaycan münasibətlərində zərərli fikir ayrılıqları yarada bilər:

“Bu sözlər Azərbaycan və Türkiyə ictimaiyyəti arasında ideoloji uçurumu dərinləşdirir. İran isə bu cür çıxışlardan istifadə edərək, Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı ‘tarixi düşmənçilik’ təbliğatını gücləndirir. Bu, təsadüfi deyil – İran 2020-ci ilin Tovuz döyüşlərindən sonra belə kampaniyaya başlamışdı. Ərdoğanın bu bəyanatı isə həmin təbliğata əlavə fürsət yaradır.”

Nərimanlıya görə, əslində Şah İsmayıl irsi Yaxın Şərqdə və bütövlükdə türk dünyasında birlik və təsir vasitəsi kimi istifadə oluna bilərdi. Ancaq onu təhdid kimi təqdim etmək təkcə tarixi deyil, strateji səhv də ola bilər.

Şərq qəzetinin baş redaktoru, tanınmış jurnalist və tarixçi - alim Akif Aşırlı isə məsələyə daha emosional və ictimai baxış bucağından yanaşaraq yazır:

“Ərdoğanı Azərbaycanda sevməyən çətin ki, tapılsın. Ancaq Turan ideyasını gerçəkləşdirmək istəyən bir liderin belə çıxışlar etməsi anlaşılmazdır. Əgər ‘Çaldıran savaşı’ bir türk dövlətinə – Səfəvilərə qarşı ərəb, kürd və türk birliyinin qələbəsi kimi təqdim olunursa, bu, həm tarixi təhrifdir, həm də qəlbləri incidir.”

Aşırlının fikrincə, Şah İsmayıl, Əmir Teymur, Yıldırım Bəyazid və Sultan Səlim türk tarixinin ortaq simalarıdır və bu simalara bölücü yanaşma sərgiləmək qardaşlıq ruhuna zərbə vurur:

“Bu tarix bizim ortaq taleyimizdir – uğuru da, faciəsi də. Ərdoğanı bu şəkildə danışmağa vadar edən məsləhətçilər kimlərdir? Onlar bu fikirlərin Azərbaycandakı təsirindən xəbərdardırmı?”

Məsələyə yalnız Azərbaycanda deyil, Türkiyədə də etiraz edilib.

Musavat.com xəbər verir ki, Türkiyənin sabiq mədəniyyət naziri, ATA Partiyasının lideri, kökəncə Azərbaycan türkü olan Namık Kemal Zeybek Prezident Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl Xətai və Çaldıran savaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, sosial mediada geniş yayılan və müzakirələrə səbəb olan çıxışında Ərdoğanın bu ifadələrinin həm tarixi gerçəklərlə ziddiyyət təşkil etdiyini, həm də milyonlarla insanı ruhən incitdiyini vurğulayıb.

Zeybek deyib ki, Prezidentə bu tarixi həqiqətləri izah edən biri olmalıdır:

“Teymur da, Şah İsmayıl da Türk Kağanlarıdır. Hər ikisi Yıldırım və Yavuzdan daha Türkdürlər. Onlar arasında baş verən münaqişələr türklər arasında qardaş savaşları idi və buna bu şəkildə yanaşmaq lazımdır. Timur Türkistan türklərinin iftixarıdır. Ona qarşı istifadə edilən ifadələr Türküstanlı türkləri dərin şəkildə yaralayır. Şah İsmayıl isə Azərbaycan və İran türklərinin başbuğudur. Ona yönəlik hər cür tənqid və ittiham milyonlarla türküi incidir.”

Namık Kemal Zeybek bildirib ki, əgər Türkiyə prezidenti Türk Dövlətləri Birliyi kimi bir ideyanı reallaşdırmaq istəyirsə, bu cür ritorikadan uzaq durmalıdır:

“Belə ifadələr birliyi gücləndirmir, əksinə, parçalayır. AKP sədrinin müavini Kürşad Zorlu dərhal bu məsələni Prezidentə çatdırmalı və onun bu fikirləri geri götürməsi üçün cəhd göstərməlidir. Əgər Prezident bu sözləri bilərək və anlayaraq səsləndiribsə, artıq sözün bitdiyi yerdəyik.”

Türk Ocaqları Başqanı Mehmet Öz isə sosial şəbəkədə paylaşım edərək, bu cür yanaşmanın Türk birliyi ideyasına zidd olduğunu bildirib.

Mehmet Öz qeyd edib:

“Tarixdə Türk dövlətləri arasında baş vermiş savaşlar qardaş davasıdır. Əgər bunlara ‘zəfər’ deyəcəksə, o zaman Səlcuqların Qəznəvilərə (Dəndənəkan döyüşü), Anadolu Səlcuq sultanı Alaəddin Keyqubadın Xarəzmşahlara, Teymurun Osmanlıya (Ankara döyüşü), Fatehin Ağqoyunlulara (Otlukbeli), Yavuzun Səfəvilərə və Məmlüklərə qarşı döyüşlərini də eyni şəkildə zəfər kimi tanımaq lazım gəlir.”

Türk Ocaqları Başqanı bildirib ki, Türk birliyi istiqamətində yol aldıqca, birlikdə daha da güclü olacağıq:

“Türk birliyi yolunda irəlilədikcə hamımız birlikdə daha da güclü olacağıq. Bu yolun istiqamətini isə bizə İsmayıl bəy Qaspıralı göstərmişdi:Dildə, Fikirdə, İşdə Birlik!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see241

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see193

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see175

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see169

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see136

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see136

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see128

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see123

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see117

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see116

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see116

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see116

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see115

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see114

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see114

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see113

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see113

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri