Icma.az
close
up
RU
Ərdoğan TDT liderlərinə İsmayıl Qaspıralının xatirəsinə çap edilmiş xatirə sikkəsi bağışlayıb Foto

Ərdoğan TDT liderlərinə İsmayıl Qaspıralının xatirəsinə çap edilmiş xatirə sikkəsi bağışlayıb Foto

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Rəcəb Tayyib Ərdoğan türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “dildə, fikirdə və işdə birlik” şüarı olan xatirə sikkəsini liderlərə təqdim edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Bişkekdə Prezident sarayında keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında çıxış edib.

Ölkələr arasında daha güclü əlaqələr qurmaq və ortaq gələcək qurmaq məqsədi daşıyan Təşkilatın yaranmasının 15-ci ildönümünün ötən ay qeyd edildiyini xatırladan Ərdoğan: türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” devizli xatirə sikkəsini xüsusi olaraq bu yubiley üçün təqdim etməkdən məmnun olduğunu bildirib.

Qaspıralı İsmayıl bəyi və həyatını türk dünyasının birliyi, sülhü və qardaşlığı yolunda fəda edən bütün ziyalıları, siyasətçiləri yad edən Ərdoğan zirvə toplantısının bütün türk dünyası üçün xeyirli olmasını, əməkdaşlıq və həmrəyliyin daha da güclənməsini arzulayıb.

Ərdoğan hazırlanmış xatirə sikkələrini Qırğız Respublikasının Prezidenti Sadir Çaparov, Qazaxıstan Prezidenti Kasım-Comert Tokayev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkət Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezident Ersin Tatar, Türkmənistanın Bişkekdəki səfiri Nuri Qolliyev, TDT-nin baş katibi Kubaniçbek Ömuraliyevə və Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma təqdim edib.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, ŞKTC, Macarıstan, Qırğızıstan və Azərbaycanın bayraqlarının əks olunduğu xatirə sikkəsində “dildə, fikirdə və işdə birlik” ifadəsi yer alıb.

Xatirə sikkəsinin bir üzündə Türk Dövlətləri Təşkilatının bayrağı və adı və yaranma tarixi, 3 oktyabr 2009-cu il həkk olunub.

Zərbxana və Damga Mətbəəsi Baş Müdirliyi tərəfindən çap edilən sikkə 2,5 türk lirəsi dəyərində olub və tunc metaldan hazırlanıb. Məhdud tirajla buraxılmış sikkənin diametri 38,61 mm, çəkisi isə 23,33 qramdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri