Icma.az
close
up
RU
İsmayıl Şıxlının 51 il vv l yazdığı dərslik yeni redaktədə çap olunub FOTO

İsmayıl Şıxlının 51 il vv l yazdığı dərslik yeni redaktədə çap olunub FOTO

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Altun Kitab” Xalq yazıçısının “XX əsr xarici ədəbiyyat tarixi” kitabını ilk dəfə latın qarfikası ilə yeni redaktədə nəşr edilib

Bu günlərdə “Altun Kitab” nəşriyyatı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Xalq yazıçısı İsmayıl Şıxlının 1974-cü ildə ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün yazdığı “XX əsr xarici ədəbiyyat tarixi” (yeni redaktədə “XX əsr xarici ölkələr ədəbiyyatı”) dərsliyini ilk dəfə olaraq latın qarfikası ilə yeni redaktədə çap edib. AYNA.AZ xəbər verir ki, bu barədə nəşriyyatdan bildirilib.

Məlumdur ki, İsmayıl Şıxlı  yazıçı olmaqla yanaşı, həm də görkəmli ədəbiyyatşünas alim və pedaqoq idi. O ömrürün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr edib. Antik və xarici ölkələr ədəbiyyatı mütəxəssisi olduğundan onilliklər boyunca çalışdığı indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində bir sıra çətinliklərdən sonra Xarici Ölkələr Ədəbiyyatı kafedrasını təsis etmiş və xeyli müddət onun müdiri olmuşdur. Azərbaycandakı ali məktəblərin filologiya fakültələri tələbələrinin hansı dərsliklərə ehtiyacı olduğunu gözəl bilən mərhum Xalq yazıçısı 1964-cü ildə “XIX əsr xarici ədəbiyyat tarixi” dərsliyini rus dilindən doğma dilimizə çevirib, ardınca M.Ə.Tahirli və M.B.Həyatzadə ilə həmmüəlliflikdə “XVIII əsr xarici ədəbiyyat tarixi” dərsliklərini kitab şəklində çap etdirib.

Yenicə işıq üzü görmüş “XX əsr xarici ölkələr ədəbiyyatı” dərsliyi ilk çapından bəri filologiya  fakültələri tələbələrinin stolüstü kitabına çevrilib. İlk çapının üstündən 51 il keçsə də, bu dərsliyə hələ də ehtiyac olduğundan və o vaxtdan bəri bu səpkidə yeni dərs vəsaitinin hazırlanmadığını nəzərə alaraq “Altun kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov yazıçının oğlu, “Ayna-Zerkalo” qəzetlərinin rəhbəri, yazar Elçin Şıxlı ilə məsləhətləşmələrdən sonra kitabı yenidən işləyib çağdaş tələblərə uyğun şəkildə hazırlamaq qərarını veriblər. E.Şıxlı ədəbiyyat dərsliyini SSRİ-nin ideoloji yasaqlarından irəli gələn “toxumlardan” imkan daxilində təmizləyib, 1974-çü ildən sonra dünyasını dəyişmiş ədiblərin dərsliyin ilkin versiyasına obyektiv səbəblərdən düşə bilməyən son əsərlərinin xülasəsini əlavə edib, “dəmir pardə”nin düşməsiylə ölkəmizə “ayaq açmış” və tədris proqramlarına salınmış yazarlar və əsərlərinə də yer ayırıb.

Beləliklə, kitab ölkə ali məktəbləri filologiya fakültələri tələbələri üçün yeni tədris ilinə bir hədiyyə olaraq qavranmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri