Ərdoğan: Türkiyənin F 35 proqramına yenidən daxil edilməsi vacib və zəruridir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Ankaranın artıq pulunu ödədiyi "F-35" təyyarələrinə dair proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-nin, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə müsahibəsində bildirib.
Türkiyə lideri ölkəsinin Rusiyadan hərbi texnika almasına görə "F-35" proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.
Ərdoğan bildirib ki, Türkiyə həm NATO, həm də ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə münasibətlərini yenidən formalaşdırır.
Onun sözlərinə görə, 2025-ci ildə Donald Trampın yenidən vəzifəyə qayıtması ilə Türkiyə-ABŞ münasibətlərinin müsbət bir zəminə keçməsi üçün fürsət yaranıb: "Biz xüsusilə ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükümüzü əhəmiyyətli dərəcədə artırmışıq".
Ərdoğan müsahibəsi zamanı Rusiya-Ukrayna münaqişəsinə də toxunub: "Münaqişə Türkiyə üçün getdikcə daha da çətinləşir. Şərtlər yetişdikdən sonra Türkiyə yenidən İstanbulu Ukrayna ilə Rusiya arasında sülh danışıqları mərkəzinə çevirməyə hazırdır.
Türkiyə olaraq, həm Putinlə, həm də Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda Vaşinqton, Brüssel, NATO və BMT-də konkret təşəbbüslər irəli sürməklə güclü və balanslı diplomatik əlaqələr saxlayan yeganə aktoruq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















