Ərdoğan: Türkiyənin ŞƏT ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankaranın gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması heç bir blokla əlaqələrin kəsilməsi və ya Qərblə münasibətlərdən imtina anlamına gəlmir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə ŞƏT+ sammitində iştirak etdikdən sonra bildirib.
Hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Türkiyə iqtisadi, siyasi və strateji imkanlarını şaxələndirməyə çalışır. Ərdoğan qeyd edib ki, ölkə Çindən Mərkəzi Asiyaya, Rusiyadan Cənubi Asiyaya qədər geniş ərazidə böyük ticarət-iqtisadi imkanlara malikdir.
Türkiyə liderinin sözlərinə görə, ölkəsi həm Qərb, həm də Şərqlə balanslaşdırılmış münasibətlər qurmaq və əlaqələri dərinləşdirmək qabiliyyətinə malikdir ki, bu da qlobal problemlərin həllinə kömək edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Sentyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















