Icma.az
close
up
RU
Ərdoğdan mühüm qərar: Azərbaycanlılar Türkiyəyə axın edəcək? AÇIQLAMA

Ərdoğdan mühüm qərar: Azərbaycanlılar Türkiyəyə axın edəcək? AÇIQLAMA

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan "Türkəsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri" haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.

Yeni qərara əsasən, türkəsilli əcnəbilərin işləmə və ya işlədilməsinə icazə verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi, bu peşəni icra etməsində təhlükəsizlik baxımından hər hansı bir maneənin olmaması, xarici ölkələrdən alınmış sertifikatların ekvivalentliyinin müvafiq qurumlar tərəfindən təsdiqlənməsi, Prezident qərarı ilə müəyyən edilmiş Türk soylu icmadan olmaq lazımdır.

Maraqlıdır, bu dəyişikliklər Azərbaycan vətəndaşlarına hansı yeni imkanları yaradır?Qanunun tətbiqi Türkiyənin əmək bazarına necə təsir göstərə bilər? Türksoylu əcnəbilərin kütləvi şəkildə Türkiyəyə axını gözlənilirmi?

Milli Məclisin deputatı, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən dəyişiklik konkret olaraq türksoylu şəxslərə əlavə güzəştlərin və iş şəraitinin yaradılmasını nəzərdə tutur:

“Bu o deməkdir ki, əgər indiyə qədər əcnəbi şəxslər, fərqi yoxdur, türksoylu və ya başqa millətlərə mənsub olsalar da, bəzi sahələrdə əmək fəaliyyəti göstərmək üçün mütləq şəkildə Türkiyə vətəndaşı olmalı idilərsə, indi yeni qanuna əsasən, türksoylu şəxslər artıq Türkiyə vətəndaşlarının çalışa bildiyi bütün sahələrdə öz sənət və peşələrinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul ola biləcəklər”.

A.Allahverənovun sözlərinə görə, burada diqqət edilməli üç əsas məqam var:

“Birinci və ən vacib nüans odur ki, “türksoylu şəxslər” dedikdə, Türkiyə qanunlarına görə “türksoylu bəlgəsi” adlı sənədə malik olan şəxslər nəzərdə tutulur. Bu sənəd həmin şəxsin türk soyuna mənsub olduğunu təsdiq edir. Şübhəsiz ki, bir çox türkdilli xalqlar belə bir bəlgə almaq hüququna malikdir. Lakin məsələ ondadır ki, bu, daha çox öz ölkələrində təqiblərə və ya təzyiqlərə məruz qalan türkdilli xalqlara şamil olunur. Burada daha çox Ahıska türkləri, Çindən olan uyğurlar, eləcə də son zamanlar siyahıya əlavə edilən Krım tatarları nəzərdə tutulur. Bununla yanaşı, digər türkdilli respublikaların vətəndaşları da türksoylu bəlgəsi almaq üçün müraciət edə bilərlər. Burada əsas meyar ondan ibarətdir ki, həmin şəxs Türkiyə hökumətinin dəstəyinə ehtiyac duyduğunu sübut etməlidir. Bu təsdiqləndikdən sonra ona müvafiq sənəd təqdim olunur.

Bu bəlgəyə malik olan şəxs artıq Türkiyə ərazisində yeni qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən, əmək fəaliyyətilə məşğul ola bilər. Həm dövlət qurumlarında, həm də özəl sektorda onun qarşısında hər hansı maneə qalmır. Beləliklə, birinci və əsas nüans ondan ibarətdir ki, türksoylu bəlgəsinin olması mütləq şərtdir.

İkinci mühüm məqam ondan ibarətdir ki, bu şəxslər yalnız müəyyən ixtisas və ya peşə sahəsində fəaliyyət göstərə bilərlər. Bu, mütləq şəkildə onların konkret bir ixtisasa sahib olması və hər hansı bir sahənin mütəxəssisi olduqlarını təsdiq edən müvafiq sənədlərin olmasını tələb edir. Yalnız sertifikat və diplom kimi sənədlər təqdim olunduğu halda, yəni şəxsin bilik və bacarıqları rəsmi şəkildə təsdiqləndikdən sonra o, türksoylu əcnəbi kimi əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edə bilər.

Üçüncü nüans isə ondan ibarətdir ki, bu qanun yalnız Türkiyə ərazisində qanuni əsaslarla yaşayan şəxslərə şamil olunur. Yəni artıq ölkə ərazisində yaşayan türksoylu əcnəbilər həmin qanunun yaratdığı imkanlardan istifadə edərək əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Bununla yanaşı, gələcəkdə Türkiyə ərazisinə gedərək orada işləmək istəyən türksoylu şəxslər üçün də müəyyən qaydalar müəyyən olunub. Belə ki, bu şəxslər əvvəlcə “türksoylu bəlgəsi” əldə etməlidirlər. Daha sonra həmin şəxs Türkiyə ərazisində miqrasiya qeydiyyatına alınmalıdır. Bundan sonra o, əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edə bilər. Bu zaman həmin şəxslərin qarşısında hansısa sahə məhdudiyyəti qoyulmur. Qanunda açıq şəkildə göstərilir ki, Türkiyə Respublikasının vətəndaşlarının çalışdığı istənilən sahədə türksoylu əcnəbilər də vətəndaşlarla bərabər şəkildə əmək fəaliyyəti ilə məşğul ola bilərlər”.

Azər Allahverənovun fikrincə, bu qanun kütləvi miqrasiya axınına səbəb olmayacaq:

“Çünki miqrasiya sahəsi kifayət qədər öz dinamizmi ilə xarakterizə olunan bir sahədir. Getmək istəyənlər onsuz da Türkiyəyə gedir və miqrasiya mübadiləsində aktiv şəkildə iştirak edirlər. Sadəcə olaraq burada türksoylu əcnəbilərlə bağlı müəyyən elementlər var. Bəli, bu, qaqauzlar, Krım tatarları və uyğurlar kimi qruplar arasında müəyyən canlanmaya səbəb ola bilər. Ən azından bu kateqoriyaya aid olan əcnəbilər türksoylu bəlgəsini əldə edib onun əsasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyəcəklər. Amma bu halın da kütləvi miqrasiya kimi dəyərləndirilməsi doğru olmaz. Digər tərəfdən, mən düşünürəm ki, bu dəyişiklik Türkiyənin əmək bazarında müəyyən gərginlik yarada bilər. Sosial şəbəkələrdəki müzakirələrə diqqət yetirdikdə görünür ki, ideoloji baxımdan bu dəyişiklik müsbət qarşılanır, lakin bəzi istifadəçilər yerli əmək bazarında onsuz da mövcud olan işsizlik probleminin bir qədər də dərinləşə biləcəyindən narahatdırlar. Onların fikrincə, bu qanun türksoylu əcnəbilərin əmək bazarına kütləvi axınına şərait yarada bilər. Hüquqi baxımdan, bəli, belə bir şərait yaranır, lakin praktiki cəhətdən bu prosesin hansı səviyyədə baş verəcəyini indidən demək çətindir. Məncə, Türkiyədə bu addımı atan aidiyyəti qurumlar mümkün riskləri əvvəlcədən qiymətləndiriblər və buna görə də ciddi narahatlıq üçün əsas yoxdur. Türkiyədə artıq fəaliyyət göstərən türksoylu şəxslərin böyük əksəriyyəti elə indiyədək də müxtəlif əsaslarla – iş icazəsi və ya digər sənədlər vasitəsilə əmək fəaliyyəti ilə məşğul olurdular. Sadəcə, indi onlar bu prosedurlardan azad olunurlar. Bu isə onların Türkiyə cəmiyyətinə inteqrasiyasını asanlaşdıran əlavə imkan yaradır. Yəni bu qanun əcnəbilərin Türkiyənin əmək bazarına daxil olması və inteqrasiya prosesi baxımından mühüm addımdır”.

Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri