Ərəb mediası azərbaycanlı tədqiqatçıalimin medalla təltif olunmasından yazdı
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Livan, Süriya, Sudan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətin, Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirovun “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmasından yazıb.
Məqalələrdə Seymur Nəsirovun müxtəlif fəaliyyətlərindən bəhs edərək bildirilir ki, o, xalqlar arasında, xüsusilə ərəb ölkləri ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm tövhələr vermişdir.
Newscenter.az xəbər verir ki, S.Nəsirov 2002- ci ildə Misirdə ikinci ali təhsilini bitirdikdən sonra, Misirdə təhsil alan xarici tələbələr üçün müxtəlif layihə və müəssisələr təsis edib. Onun rəhbərliyi altında hazırda dünyanın əksər ölkələrində yetişmiş mütəxəssislər vardır.
Qeyd olunur ki, S.Nəsirov Misirdə müxtəlif elmi, mədəni və ictimai fəaliyyətləri ilə insanların təqdir, hörmət və ehtiramını qazanmışdır. Bu fəaliyyətlərin nəticəsi olaraq müxtəlif ölkələrdən mükafatlara layiq görülmüşdür.
Qeyd edək ki, Seymur Nəsirovun Misirdə təsis etdiyi təşkilatlardan biri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı pilot Portuqaliyada medalla təltif edildi FOTOLAR
04 İyun 2025 10:52
Bolqarıstan azərbaycanlı akademiki medalla təltif etdi FOTOLAR
02 Dekabr 2024 16:26
Yığmamız gümüş medalla təltif olunub
18 Yanvar 2025 23:12
525 ci qəzet Ərəb mediası Xocalı soyqırımından yazır
26 Fevral 2025 14:25
Xanım deputat medalla təltif edildi FOTOLAR
03 İyul 2025 14:39
Baxış sayı:109
Bu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















