Icma.az
close
up
RU
Ərəb mediasında azərbaycanlı tədqiqatçı alimin geniş müsahibəsi dərc olunub

Ərəb mediasında azərbaycanlı tədqiqatçı alimin geniş müsahibəsi dərc olunub

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəni və humanitar körpüdür və bu sahədə ən fəal təşkilatlardan biridir. Cəmiyyətimizdə bəlağət, ərəb dili, Azərbaycan dili, Qurani-Kərim qiraətləri, eləcə də müxtəlif peşələr pulsuz öyrədilir. Bu kursları uğurla başa vuranlara diplomlar verilir.

Redaktor.az xəbər verir ki, bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Birləşmiş Ərəb Əmirliklərinin “Nabd əl-İmarat” qəzetinə müsahibəsində deyib.

Diaspora sədri müsahibəsində, həmçinin cəmiyyətin fəaliyyət istiqamətləri və hədəfləri barədə danışıb. Qeyd edib ki, cəmiyyət xalqlar arasında dostluq, mədəniyyət və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verir, konfranslar, seminarlar və elmi mühazirələr təşkil edir. Bundan başqa elmi kitabxanaların və araşdırma mərkəzlərinin yaradılmasına, dövri elmi, mədəni jurnalların nəşrinə, az təminatlı tələbələrə və ailələrə maddi yardımların verilməsinə, onların yataqxana ilə təmininə, peşəyönümlü layihələrin yaradılmasına və dəstəklənməsinə yardım edir.
S.Nəsirov tədris prosesi 23 il bundan qabaq az sayda tələbə ilə başlansa da, onun rəhbərliyi altında indi təhsil alanların sayı çoxalıb. Hazırda cəmiyyətdə oxuyanlar arasında dünyanın müxtəlif ölkələrindən gələn gənclər də çoxdur.

“Cəmiyyətdə az təminatlı ailələrin övladlarına müxtəlif peşələr, o cümlədən xalça toxunmasını öyrədirik. Bu da həmin ailələrin gəlirlərinin artmasına yardım edir”, - deyə S.Nəsirov vurğulayıb.

Müsahibədə qeyd olunub ki, S.Nəsirov bu yaxınlarda Misir Prezidenti Əbdülfəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim edilən bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.

Müsahibəni tanınmış jurnalist-yazar Şirin Fərid götürmüşdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri