Icma.az
close
up
RU
Ərim xəyanət edirdi, mən də qonşu kişi ilə danışırdım

Ərim xəyanət edirdi, mən də qonşu kişi ilə danışırdım

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə vəkillərin təqsirləndirilən Zahir Soltanova sualları ilə davam edib. Z. Soltanov digər saxlanılan Leyla Abbasova ilə hasar qonşusu olduqlarını deyib:
"Leylanın harayını eşidəndə gecə saat 3 idi. Onların evinin pəncərəsi bizim evə baxır. Mən onların evinə girəndə darvaza qapısı açıq idi, içəri keçəndə zala çıxan qapının da açıq olduğunu gördüm. İkramı qapı aralığında görən kimi bıçağı ona vurdum. O yaralı, qan içində çıxdı otaqdan, zala çatanda yerə yıxıldı. Mən gördüyüm odeyalı onun üstünə atdım. Sonra çıxıb evimə getdim, bıçağı da apardım evimə. İkramla münasibətim yanvardan pozulmuşdu, son iki ay lap pisləşmişdi. Hadisə günü məni pis təhqir etdi. Leyla istəmirdi ona zərər verməyimi, qarşımı almağa çalışırdı. Leyla gəlib onu öldürəcəyimi bilmirdi. Ona toxunmamağımın səbəbi 3 uşağının olması idi. Amma son təhqir əsəblərimi tarıma çəkdi".
Digər təqsirləndirilən Leyla Abbasova liseydə oxuduğu vaxtdan İkram Piriyevi tanıdığını bildirib:
"Məni qaçırmışdı, evləndik, bir müddət sonra ilk uşağımız oldu. Sonra onun mənə xəyanətini hiss elədim: qohumlarında olan bütün cavan qızlarla mənə xəyanət edirdi, telefonunun qalereyasında ədəbsiz formada çəkilən şəkillərini görürdüm. Bunu ona deyəndə, əməllərindən əl çəkməyini istəyəndə məni döyürdü. Zahir qonşuluqda yaşayırdı. Onunla telefonda danışırdım, yazışırdım amma sevgili kimi yox. Mənə öz problemlərindən, yaşadıqlarından danışırdı, mən də onunla dərdləşirdim. Zahirə hər dəfə İkramın xəyanətini deyəndə deyirdi ki, boşan, yoxsa onu öldürəcəm.
Bir dəfə İkram məni döyəndə Zahir mənim ağlamaq səsimi eşidib qapıya kimi gəlmişdi ki, sən razı olmasan da onu öldürəcəm. Onu güclə yola gətirib çəkindirdim. İkrama Zahirlə danışdığımı etiraf etdim. Dedi ki, səni bağışlayıram. Amma ona de ki, həyətə gəlsin. Dişim ağrıdığından həkimə getmişdim. Qayıdanda gördüm ki, İkram həyətdə əlində bıçaq oturub, uşaqlar da yanında oynayır. Axşam yemək yedik, uşaqları yatırtdım. Aparıb otaqlarına qoyduq. Mən onların yanında yatdım. Gecənin bir vaxtı İkram məni oyatdı ki, dur, uşaq ağlayır, sakitləşdir onu, səhər 5-də işə gedəcəm. Qızıma laylay musiqisi qoşub yatırdandan sonra otaqdan çıxdım və İkramı yerdə uzanmış halda gördüm. Elə bildim ürəyi gedib. Açıq qalmış pəncərədən baxanda qara bir kölgənin evdən uzaqlaşdığını gördüm. Haray salıb qonşuları köməyə çağırdım, Zahir kurtkasını geyinə-geyinə gəldi. Onun anası uşaqları evinə apardı. Polis gəldi, məni bölməyə apardılar. Sonra Zahir əməlini boynuna almışdı".
Zərərçəkənin hüquqi varisi Piriyeva Sahilə Zahir Soltanovu tanımadığını bildirib:
"Hadisə günü orada olmamışam. Mənim övladım imam övladı kimi uşaq idi. Oğlum Bakıya işləməyə gələndə Leyla ilə tanış olmuşdu. Taksi işləyərək özünə ev tikməyə başlamışdı. O, evə cəmi bir dəfə mübarək olsuna gəlmişəm. Hadisə günü rayonda olmuşuq. Mən heç vaxt barışmaram, bu ikisinə ən ağır cəza verilməsini istəyirəm".
Növbəti məhkəmə 29 yanvar saat 10:00-a təyin olunub.
Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar. (Lent.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:334
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri