Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Ərinə tabe olmağı özünə yaraşdırmayan qadın ...“ Filosofdan MÜHÜM AÇIQLAMALAR

“Ərinə tabe olmağı özünə yaraşdırmayan qadın ...“ Filosofdan MÜHÜM AÇIQLAMALAR

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın həyatdır, qadın anadır. O, dünyaya sevgi, şəfqət və mərhəmət bəxş edir. Qadın təkcə ana deyil, həm də elm adamı, lider, sənətkar və cəmiyyətin aparıcı qüvvəsidir. İslam dini qadını yüksək dəyər və hörmət sahibi kimi təqdim edir, onu ailənin və cəmiyyətin təməli sayır. Quranda qadın və kişi bir-birinin tamamlayıcısı olaraq göstərilir və qadınlara qarşı ədalət, mərhəmət və hörmət tövsiyə edilir.  İslamda qadın və kişi arasında hüquq və vəzifələrdə fərqlər var. Bəs bu fərqlər qadının cəmiyyətdəki roluna necə təsir edir?

Moderator.az-a danışan filosof Müşfiq Ötgün deyib ki, İslam qadını məhdudlaşdırmır, sadəcə onun təbiətinə uyğun rolunu müəyyənləşdirir. Eyni qayda kişiyə də aiddir:

“Təbii ki, nə İslamda, nə də Şərqin digər ruhani təlimlərində qadın və kişi eyniyyətindən söz edilmir. Onlar fərqlidirlər. Bu fərqlər sosial həyatın dizayn olunmasında nəzərə alınır. Təsəttür də qadını aşağılamaq üçün deyil, onun cinsi tərəflərini neytrallaşdıraraq sosial həyatını asanlaşdırmaq üçün idi. Bəllidir ki, müasirlik qadın seksuallığını geninə-boluna istismar edir – reklamda da, iş həyatında da. Qadının gözəlliyi əlavə arqument kimi istifadə olunur. Hərçənd qadın da kişi kimi sosial həyatda yalnız ağlı və bacarıqları ilə görünməli və faydasını cəmiyyətə təqdim etməlidir.

Ailədə qadın ikincidir, kişi birincidir. Ailənin bir başçısı var – o da kişidir. Hər hansı bir komandada olduğu kimi. Nə üçün hər hansı müəssisənin bir başçısı olduğuna etiraz etmirsiniz, amma ailədə kişinin lider rolunu inkar etməyə qalxırsınız? Ailə də bir müəssisədir. Və Allah kişini elə üstünlüklərlə (həm fiziki, həm intellektual) təchiz edib ki, kişi bu birlikdə təbii lider rolunu oynaya bilsin.”

Filosof hesab edir ki,  o ailədə ki, kişi qazanc gətirən və ailənin risklərinin altına çiyin verən olur, o zaman qadın və uşaqlar xoşbəxt olurlar:

“Kişini uşaqlıqdan bu rola hazırlamaq lazımdır, qadını da ikinci rola hazırlamaq lazım gəlir. İslam da bundan çıxış edir. Ərinə tabe olmağı özünə yaraşdırmayan qadın ailədə yaşaya bilməyəcək. Ərinin nüfuzunu daim uşaqlarının yanında azaltmağa çalışacaq ki, bu da uşaqların gələcək seksual həyatında ciddi sıxıntılara səbəb ola bilər. Oğlanlar anasına oxşamağa, femininləşməyə meyl edə bilərlər. Qızlar isə əks cinsə qarşı qıcıq hiss edəcəklər. İslam ailənin harmoniyasını qadın və kişi təbiətlərindəki fərqdən çıxış edərək dizayn edir. Kişi qoruyucu və qazanandır, qadın isə evi öz feminin enerjisi ilə ocağa çevirən bir varlıqdır, anadır. Sosial həyatda da bu funksiyalarına xələl gətirmədən iştirak edə bilər. Bunun üçün cəmiyyətdə işləyən analara xüsusi imtiyazlar tanımaq lazımdır. Uşaqlarla bağlı yüz məsələ ola bilər. Ən azı iş saatları az olmalıdır. Bu baxımdan qadınla kişini bərabərləşdirmək qadına qarşı haqsızlıqdır”.

Mehin Mehinmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri