Icma.az
close
up
RU
Ərini öldürən qadının tükürpədən ifadələri: Əhməd kimi qətliam törədəcəyini söyləyirdi

Ərini öldürən qadının tükürpədən ifadələri: Əhməd kimi qətliam törədəcəyini söyləyirdi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 1993-cü il təvəllüdlü Nazirə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ayxan Hacıyevi öldürüb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, onun 2024-cü ildən rəsmi nikahla birlikdə yaşadığı əri Ayxanla ailə-məişət zəminində mübahisəsi olub.

Qadın birlikdə yaşadıqları mənzildə əri ilə araq içib. Sərxoş olduqdan sonra ərinin onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələr səsləndirməsi, habelə onu döyməsi yadına düşüb.

Evin mətbəxindən götürdüyü bıçaqla zərərçəkmiş şəxsə çoxsaylı zərbələr vurub. Kişi aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Nazirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən qadın ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

"Qətliam törədəcəyini söylədi, qorxdum"

Qadın ifadəsində göstərib ki, həyat yoldaşı xaş yeməyini xoşlayıb: "Mən də ona həmişə o yeməyi bişirirdim. Hadisə baş verən gün Ayxan mənə işə getməməyi, birlikdə yeyib-içməyi təklif etdi. Bundan sonra baş verənlər artıq yadımda deyil. Təkcə mənə vurulan yumruqlar yadımdadır. Əvvəllər də arabir onunla birlikdə içki içmişəm. Hadisə günü yenə birlikdə içki içdik.

Ancaq içkidən sonra Ayxanın məni nə üçün döydüyünü xatırlamıram, sadəcə uşağın səsini eşidirdim. Uşaq Ayxana məni döyməməyi söyləyirdi. Hər on saniyədən bir gözümü açdıqda Ayxanın mənə yumruq zərbəsi dəyirdi. O, uşağın gözü qarşısında qolumu kəsdi və divanda uzandı, daha sonra bədənimin müxtəlif nahiyələrinə kəsiklər atdı.

Bıçağın əlimə necə keçdiyini isə xatırlamıram. Ayxan uşaqlar məktəbdən gəldikdən sonra Əhməd (Ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirən Əhməd Əhmədov - red.) necə qətliam törətdisə, o da elə böyük qətliam törədəcəyini, hamımızı öldürəcəyini söyləyirdi.

Mən Ayxanı bilərəkdən öldürmək istəməmişəm. Qəfildən gözüm qaraldı və Ayxanın uşaqlarımı öldürəcəyindən qorxdum. Uşaq Ayxanın məni pəncərədən atmaq istədiyini və pəncərədən atmaması üçün ona yalvardığını da söyləmişdi".

"Ərimi canımdan çox sevirdim"

Nazirə qeyd edib ki, Ayxan onların hamısını öldürəcəyini söyləyəndən sonra ona bıçaqla zərbə vurub:

"Ayxan qalxıb üzərimə gəldi, "sən məni vurmaq istəyirdin?" deyib bıçağı əlimdən almağa çalışdı. Başıma yumruq zərbələri endirdi. Məndən uzaq durması üçün qolunun alt nahiyəsindən bıçaqladım. Ardınca qapıdan çölə çıxıb kömək üçün qonşuları çağırdım. Ayxan özü də qonşulardan kömək istədi.

Daha sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili yardıma zəng vurdum. Mən Ayxanı canımdan çox sevirdim, onu öldürmək niyyətim olmayıb. Qızımın atasını niyə öldürmək istəyim ki?"

"Uşaqlarla çox pis rəftar edirdi"

Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavabda deyib: "Biz Ayxanla bir il idi rəsmi nikaha girmişdik. Mənim birinci nikahımdan iki, Ayxanla olan nikahdan isə bir övladım var. İki il idi birlikdə yaşayırdıq. Mübahisələrimiz uşaqla bağlı olurdu.

Ayxan həm də narkotik istifadəçisi idi, bunu kiməsə söyləsəm, məni döyəcəyi ilə hədələyirdi. Əvvəllər cibində bıçaq gəzdirirdi. Heç vaxt mənə bıçaqla xəsarətlər yetirməyib. Uşaqlarla isə çox pis rəftar edirdi".

"Məni döydüyünü xatırlamıram"

Nazirənin sözlərinə görə, yalnız Ayxana bıçaq zərbəsi vurduqdan sonra özünə gəlib: "Ayxana 3 bıçaq zərbəsi vurduğumu xatırlayıram. Qarnına və üzərimə gələrkən qolunun alt nahiyəsinə vurduğum zərbələr yadımdadır.

Hadisə baş verən vaxt oğlum və balaca qızım evdə idi. Oğlumun 10 yaşı var, o, şahiddir, baş vermiş hadisəni o görüb".

Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, əvvəl ögey xalası oğlu ilə ailə həyatı qurub, daha sonra qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üçün ondan ayrılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri