Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

ƏRİYƏN DÜŞÜNCƏLƏR... Eldəniz Quliyev yazır

ƏRİYƏN DÜŞÜNCƏLƏR... Eldəniz Quliyev yazır

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

...Göydən qar yerinə kədər yağırdı... Və bu kədər göz yaşlarına bənzəyirdi, - buz təki soyuq göz yaşları!..  Sanki kimsə don vurmuş "ah"larımızı çilikləyib ağladırdı..

Təəssüf ki, bu gün məmləkət əhlinin böyük əksəriyyəti belə kədərli duğularla yaşayır...

Bu fikilər həmişə məni narahat edib... Görən niyə məhkəmə hakimləri sifariş-fərmayişlə ədalətsiz qərarlar çıxarır, nədən millət vəkilləri "rəqsi təlim eləyən axsaqlar" kimi, yuxarıların çaldığı havayla dingildəyir, nə üçün icra başçıları və onların "doydum" deməyən  təpəgöz məmurları qanadlı dəvəyə dönüb uçulmamış dam-daş qoymurlar? Nəyə görə insanlara normal maaş və təqaüd əvəzinə, üzr istəyirəm, tula payı verir və buna rəğmən, qiymətləri at belinə qaldırır, tabular və cərimələrlə göz çıxardırlar? Axı niyə, nəyə görə və nə üçün bizim səlahiyyət sahiblərinin əksəriyyəti, başları dura-dura bellərinin aşağı hissəsiylə, daha dəqiqi, kürəklərindən aşağı endikcə adını, formasını və daşıdığı funksiyasını dəyişdiyi yerləriylə düşünürlər?..

Yəni anlamırlarmı ki, bütün bunlarla özlərini, müvafiq olaraq, Dövlətçiliyimizi "kəlmeyi-şəhadət" oxumağa məhkum edirlər?.. Nəhayətdə, istəsən də, istəməsən də, "dövlətin təməl sütunları" deyilən bu zad var axı...

Belə məsələləri gündəmə daşıyan insanları zaman-zaman böyük günah sahibi sayıblar. Bu "günaha" görə onlar təqib olunublar, xəstəlik tapıblar, mühacirət ediblər; neçə-neçə günahsız insan həbsdə, əzab-əziyyət, məhrumiyyətlər içindədi...

Nədi bu günah? Və bu günah yiyələrinin günahı nədədi axı?..

Bu gün mən səmimiyyətlə və tam əminliklə deyirəm: o insanların yeganə günahı - SEVGİdi! Vətənə, xalqa, dövlətə, ən əsası isə, ALLAH-TAALAYA, eləcə də onun ən böyük möcüzəsi sayılan İNSANA bəslədiyi İLAHİ SEVGİ!

Bu gün dünyanın məhvəri dəyişib, nizam-tərəzisi, dəngəsi pozulub,- siyasi, iqtisadi, geosiyasi və s. düzənin arxitekturası laxlayıb qəzalı vəziyyətə düşüb.

Yeni dönəmdə yeni düzən.

Hər şey yenidən yazılır, yenidən cızılır, yenidən qurulur. Hər şey nano texnologiyaların, innovasiya və süni intellekt kabusunun ixtiyarına verilir. Elə bil, hər şey ram olmamış kəhərsiz-yüyənsiz dəlisov at ilxısının ayaqlarına bağlanıb...

Belə bir zaman kəsiyində, yəni "ara qarışıb, məzhəb itən" belə bir zəmanədə yeganə qorunub-hifz olunmalı məsələ insanların ünsiyyət sistemi və bu sistemin nüvəsi sayılan SEVGİ bağlarıdı. Buna, sadəcə, alternativ yoxdur. Və nə yazıq ki, bu gün SEVGİdən savayı bel bağlamalı, əlindən-ətəyindən tutmalı özgə bir çarə, açıb dərindən köks ötürməli özgə bir qapı qalmayıb...

Dünya SEVGİ və səmimi insan ünsiyyətləri tükənəndə dağılır!..

Görən, bu sadə həqiqəti anlamaq bu qədərmi çətindir? SEVGİ, lap belə şam işığı olsa da, - işıqdı! Çünki bapbalaca bir şam böyük bir məkanı işıqlandırmaq gücündədi...

Amma yepyekə bir zülmət həmin o balaca şamın işığını boğub öldürmək iqtidarında deyil!.. Bunu anlamaq, dərk eləmək, başa düşmək, görəsən, buncamı müşkül məsələdir?

İnsana hörmət qoymasan, insanı sevməsən, dəyərləndirməsən insaniyyət yaşayarmı? Əlbəttə, yox!

İNSANI döyə bilərlər, söyüb təhqir eləyə bilərlər. İNSANI qorxuda bilərlər, əzib-yaralaya bilərlər, hətta, öldürə də bilərlər. İNSAN tək, köməksiz olar, müdafiə olunmağa gücü çatmaz, əlacsız, aciz qalar və özündən asılı olmayan səbəblərdən hər şeyini bilmərrə itirə bilər. İki dəyərdən başqa - QÜRUR HİSSİ və SEVGİdən! Yəni, səni lap tikə-tikə eləyərlər, öldürərlər... amma QÜRUR HİSSİNİ və SEVGİNİ...şəxsən özün itirməsən, itirmək istəməsən, - heç vaxt və heç kim zorla səni onlardan məhrum eləyə bilməz!

Böyük təəssüf hissi ilə deyim ki, dəyərlərin dəyərsizləşdiyi bir zamanda, ədalət və mərhəmət hissinin aşılandığı bir məkanda yaşamaq, daha dəqiqi, mövcud olmaq, çətindi. Çox çətin. Yaxşıyla pisin, ağla qaranın, xeyirxahlıqla  bədxahlığın, ləyaqətlə alçaqlığın, müdrik insanlarla cahil insanların arasındakı fərqlər, ya sərhədlər pozulan nöqtədən.. həm insanın, həm məmləkətin, həm də dünyanın faciəsi başlayar. Azad sözün qandallandığı, fərqli fikirin, ölkənin quru sərhədləri kimi, kilidləndiyi bir məkanda yaşamaq ağırdı. Çox ağır!..

Mən bunun belə olmasını istəmirəm. Mən ölkəmdə dərəbəylik olmasını istəmirəm. Mən oğrunun doğruya "xox" gəlməsini, haqsızın haqlıya barmaq silkələdiyini görüb də, dözə bilmirəm. Mən ölkəmdə öz şəxsi mənfəətini güdənlərin ölkəni sevənlərə rəhbərlik etməsini, onların ləyaqət hissini alçatmasını istəmirəm. Bunları qəbul edə, həzm edə bilmirəm!

Saf niyyətli insanları qüruru, sevgisilə sınağa çəkməkdən də nadürüs bir iş varmı görən?!

Böyük Yunus Əmrənin təbirincə desək, "Kiçik insanlar dəngini, böyük insanlar kəndini arar".

Bu gün özümüz özümüzü qorumasaq, insaniyyətimizi hifz  etməsək günahdan yaxa qurtara bilməyəcəyik. Və nəticədə, nəinki özümüzü, özümüzlə birgə, dünyamızı da qeyb edəcəyik...

İnsanlar etdikləri günahları anlayabilsəydilər, güzgüyə baxmağa üzləri olmazdı!..

... Göydən qar yerinə kədər yağırdı - ağrı rəngində...

Eldəniz QULİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri