Icma.az
close
up
RU
Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb ALİ MƏHKƏMƏ

Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb ALİ MƏHKƏMƏ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. SİA xəbər verir ki, işin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.

Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.

Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.

Eyni zamanda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə “Müflisləşmə və iflas haqqında” Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.

Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi “Müflisləşmə və iflas haqqında” Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.

Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri