Icma.az
close
up
RU
Erkən yaşda təhsil Zərurət, yoxsa tələsik addım? SOSİOLOQ AÇIQLADI

Erkən yaşda təhsil Zərurət, yoxsa tələsik addım? SOSİOLOQ AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Hazırda demək olar ki, hamı uşağını az yaşından hazırlıqlara qoyur. Uşaq məktəbə getmir amma 3-4 yaşından müxtəlif fənlər və ya xarici dil üzrə hazırlıqlara gedir. Ümumiyyətlə deyirlər ki, uşaq 7 yaşından təhsil almalıdır. Çünki onun bu yaşda qavrama qabiliyyəti daha yaxşı olur. Amma çox adam 3-4 yaşından uşağını hazırlığa qoymağa başlayır. Bəs, bu nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, uşaqların yaş psixologiyası və yaş xüsusiyyətləri onların inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, hər bir yaş dövrünün özünəməxsus imkanları, potensialı və öyrənmə qabiliyyəti var. Bu xüsusiyyətlər, xüsusilə təhsil prosesində mütləq nəzərə alınmalıdır: "Bəzi valideynlər uşaqlarının gələcəyini düşünərək erkən yaşlardan onları repetitor yanına qoymağa və ya müxtəlif kurslara yazdırmağa çalışırlar. Onlar hesab edirlər ki, nə qədər tez təhsil verilərsə, bir o qədər yaxşı nəticə əldə edilər. Ancaq nəzərə almaq lazımdır ki, uşağı həddindən artıq dərs yükləmək onun kitaba və ümumilikdə oxumağa olan marağını azalda bilər. Belə yüklənmələr nəticəsində uşaqda təhsilə qarşı mənfi münasibət formalaşa bilər. Məktəbəqədər hazırlıq dövründə olan uşaqlara bilik, əsasən, oyunlar vasitəsilə, praktik metodlarla və əyani vəsaitlərdən istifadə etməklə öyrədilməlidir. Bu dövrdə uşaqları dərhal dil kurslarına və ya hansısa fənn üzrə hazırlığa cəlb etmək məqsədəuyğun deyil. Təcrübə göstərir ki, bu cür erkən və intensiv yüklənmələr uşaqları dərsdən uzaqlaşdırır, onların öyrənmə motivasiyasını azaldır".

Sosioloqfikirlərinə davam edərək həmçinin qeyd edib ki, ən önəmli məsələlərdən biri də uşaqlara bilik milli dəyərlər üzərindən, onların maraq dairəsinə uyğun şəkildə çatdırılmasıdır: "Milli oyunlarımız, şifahi xalq ədəbiyyatı nümunələri, nağıllar, tapmacalar və digər mədəni dəyərlər uşaqların həm zehni, həm də mənəvi inkişafı üçün əvəzsiz vasitələrdir. Əgər biz bu mirası uşaqlara ötürə bilməsək, onların şəxsiyyət kimi formalaşmasında boşluqlar yarana bilər. Nəticə etibarilə, təhsildə uğur əldə etmək üçün ilk növbədə uşağın yaşına uyğun yanaşma seçilməli, onu maraqlandıran, oyatmaq yerinə yükləməyən metodlardan istifadə edilməlidir. Uşaq psixologiyasını nəzərə alan, mərhələli və milli dəyərlərlə zəngin bir təhsil sistemi uşağın həm intellektual, həm də mənəvi inkişafını təmin edəcək. Bundan əlavə məktəbəqədər təhsilin, orta məktəb təhsilinin keyfiyyətini artırmaq lazımdır. Düzgün, rəqabətə davamlı pedaqoji heyət olmalıdır ki, repetirora ehtiyac qalmasın".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri