Icma.az
close
up
RU
Erməni Apostol Kilsəsi yenə sərsəmlədi: Özlərini revanşist dəyərlərin tərəfdarı kimi göstərirlər

Erməni Apostol Kilsəsi yenə sərsəmlədi: Özlərini revanşist dəyərlərin tərəfdarı kimi göstərirlər

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Erməni Apostol Kilsəsi Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığının bərpa edilməsi barədə qərarına sərt və qəbuledilməz reaksiya verib. Azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edib.

Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmağa doğru getdiyi bir vaxtda erməni kilsəsinin ənənəsinə sadiq qalaraq yenə də revanşist mövqe sərgiləməsi iki ölkə arasında kövrək sülhün ilkin addımlarına xələl gətirir, regional sabitliyi təhdid edir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Erməni Apostol Kilsəsinin İrəvan qazılığının bərpa olunmasına verdiyi isterik reaksiya hər şeydən əvvəl din və sülh fəlsəfəsinə uyğun gəlmir:

"Nəticə etibarilə, bütün ermənilər kimi, erməni din xadimləri də, o cümlədən Erməni Apostol Kilsəsi də yaxşı bilirlər ki, həmin kilsədən xeyli əvvəl nəinki İrəvanda, bütün Qərbi Azərbaycan ərazisində məscidlər olub, islam dininə məxsus ziyarətgahlar, müqəddəs məkanlar yerləşib. Bu gün İrəvanda hələ də qalmaqda olan Göy məscid islam dininin Qərbi Azərbaycandakı keçmişindən xəbər verir".

"Bu baxımdan, İrəvan qazılığının bərpa olunması sülhə və ədalətə ucalacaq səsin təminatçısı olan islam mədəniyyətinin bərpasına xidmət edir. Ona görə də bir din xadiminin, dini qurumun bu şəkildə xoşagəlməz bəyanatı ondan xəbər verir ki, Ermənistanda nəinki millətçilər, daşnaklar, revanşistlər, hətta sülh üçün fəaliyyət göstərməli olan möminlər belə radikaldırlar, daha çox millətçidirlər. Əks təqdirdə dünyanın hər yerində bir neçə din nümayəndələrin bərabər yaşamasına rəğmən, Qərbi Azərbaycanın keçmişi, həm də gələcəyi olacaq türk müsəlmanların qayıdışı Erməni Apostol Kilsəsini bu qədər narahat etməzdi", - deyə deputat əlavə edib.

Müsahibimiz əlavə edib ki, erməni kilsəsi bununla özünü sülh daşıyıcısı deyil, daha çox, müharibə və revanşist dəyərlərin tərəfdarı kimi göstərir:

"Amma onların mövqeyindən asılı olmayaraq, bizim məqsədlərimiz, yəni həqiqət dəyişməyəcək. Biz əcdadlarımızın bizə miras qoyduğu torpaqlara qayıdacağıq. Dini və mədəni abidələrimizi dirçəldəcək və yeni mədəniyyət inşa edəcəyik".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri