Icma.az
close
up
RU
Erməni deputat İstanbulda Azərbaycanla sülhdən danışdı

Erməni deputat İstanbulda Azərbaycanla sülhdən danışdı

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi tezliklə müsbət nəticələr verəcək. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyasının “Körpü perspektivləri: qeyri-müəyyənlik dövründə dialoqun, vasitəçiliyin və etimadın gücləndirilməsi” adlı sessiyasında çıxışında deyib.

"Avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi hər iki ölkənin sülh prosesini irəlilətmək və nəhayət, münaqişə ilə bağlı səhifəni bağlamaq üçün güclü və real öhdəliyidir. Biz ABŞ-nin və bugünkü müzakirəmizin mövzusunu həqiqətən reallığa çevirən prezident Trampın rəhbərliyinin mühüm rolunu yüksək qiymətləndiririk.

Vaşinqton bəyanatı suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığın və münasibətlərin inkişafının yeni dövrü üçün möhkəm zəmin yaradır.

Bu, həm də bütün qalan məsələlərin, o cümlədən ölkələrimiz arasında Vaşinqton Sammiti zamanı paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası da daxil olmaqla, irəliləyiş üçün əsas rolunu oynayır", - deyə o qeyd edib. 

Deputat regional kommunikasiyaların açılması ilə bağlı müzakirələrin praktiki xarakter daşıdığını bildirib: "Bu marşrut (TRİPP - red.) təkcə Cənubi Qafqaz regionuna deyil, həm də Mərkəzi Asiyanı Avropaya birləşdirərək qlobal əhəmiyyət kəsb edəcək.

Qarşıdakı yol qarşılıqlı inam yaratmaq üçün bizdən səbr və qayğı tələb edir. İnamın yaradılması istiqamətində mühüm addım Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması oldu.

Və nəhayət, burada, Türkiyədə olarkən, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin də tezliklə müsbət nəticələr verəcəyinə nikbinliyimi ifadə etməyə bilmərəm. Hazırda davam edən konstruktiv və fəal siyasi dialoq bizə ümid verir ki, bu, tezliklə münasibətlərimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək". 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri