Erməni katolikosa yaxınlığı ilə tanınan arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla hallanır
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İngiltərədə erməni katolikos II Qareginə yaxınlığı ilə tanınan Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Velbi hazırkı vəzifəsindən istefa verib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla bağlı qalmaqalda hallanır.
2013-cü ildən bu vəzifədə olan C.Velbinin istefa verməsinə səbəb onun Anqlikan Kilsəsində fəaliyyət göstərən keşiş Con Smitin Böyük Britaniya, Zimbabve və Cənubi Afrika kimi ölkələrdə təşkil edilən xristian tətil düşərgələrində uşaqlara qarşı zorakılığın tətbiq edilməsi barədə məlumatı olduğu halda ötən illər ərzində bu həqiqəti ört-basdır etməsini üzə çıxaran hesabatın dərc edilməsi olub.
Arxiyepiskop ona qarşı artan təzyiqlərə reaksiya olaraq istefa verib.
Azərbaycan rəsmiləri ilə görüşlər zamanı tolerant və sülhpərvər olduğunu göstərməyə çalışsa da, bütün ermənilərin katolikosu II Qareginə yaxınlığı ilə bilinən Castin Velbi ötən müddət ərzində ermənipərəst mövqeyi ilə yadda qalıb.
C.Velbinin postunu Qraham Aşer tuta bilər.
Hazırkı Leyborist hökuməti onun və ya digər iqlim məsələlərinə həssas yanaşan dini liderin namizədliyinə müsbət yanaşa bilər.
Q.Aşer bir neçə gün öncə Kalidə keçirilmiş COP16 anqlikan nümayəndə heyətinə rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















