Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Erməni katolikosları kilsələri terror yuvasına çeviriblər TƏHLİL

Erməni katolikosları kilsələri terror yuvasına çeviriblər TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Kitablardan oxuduqlarımıza, televiziyalardan seyr edib eşitdiklərimizə, gördüklərimizə əsasən demək olar ki, din hər bir bəşər övladını sülhə, birliyə çağırır. İslam dininin əsas hədəfi, məqsəd və məramı insanlığa, bəşəriyyətə xidmət üzərində qurulub. Bununla bağlı on minlərlə misal, sübutlarda göstərmək olar. Ancaq bu vacib hesab edilən amilləri ermənilərə aid etmək olmaz. Ermənilər dindən siyasi məqsədləri üçün istifadə edirlər. Xüsusilə də, ermənilər terror aktlarını din pərdəsi altında həyata keçirirlər. Bəzən ermənilər əyinlərinə keşiş paltarı geyinib iri şəhərlərdə terror aktları törədiblər, yüzlərlə insanın ölümünü həyata keçiriblər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində erməni keşişləri ətraflarında olan terrorçu dəstələri terror aktları törətmək, dinc azərbaycanlıları qətlə yetirmək üçün hər cür vasitə və üsullardan istifadə etmişlər. Eçmiədzində oturub. Dünya erməni terroruna rəhbərlik edənlərdən biri olan II Qaregin müharibədə kilsə nümayəndələrinin qan tökməkdə fəal iştirak etmələri üçün xüsusi tapşırıqlar da vermişdir. Sonradan döyüşlərin gedişində Azərbaycanın qəhrəman əsgərlərinə əsir düşən erməni kilsəsinin nümayəndələri II Qaregini ifşa edən açıqlamalar vermişlər. Bütün bu kimi faktlar onu təsdiq edir ki, terror aktlarının təşkil edilib, həyata keçirilməsində erməni kilsəsinin xüsusi rolu var. Ümumiyyətlə, mövcud araşdırmalarla təsdiq olunur ki, erməni katolikosları bu bölgəyə köçürülüb, möhkəmləndikdən sonra əsas işləri terror aktları törətməklə dinc azərbaycanlıları qətlə yetirmək olub. Hələ 17-ci və 18-ci əsrlər də onların dini mərkəzi olan Eçmiədzin kilsəsinin əsas işi bölgədə pozucu rol oynamaq olub. Erməni katolikosları özlərini humanist mövqeli tərəf kimi göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən Kartli Kaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. Məkrli məqsədləri elə hər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdən köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlığa təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar.

Azərbaycanlıların qətlində erməni kilsəsinin xüsusi rolu olmuşdur

1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlığa vergi verməyə vəd verilmişdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra indiki fars-molla rejiminin ərazisində mövcud olmuş xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır. O dövrün tarixi sənədlərinə əsasən, demək olar ki, İrəvan xanlığında yaşayan əhalinin 90 faizi azərbaycanlılar, 10 faizini isə erməni, gürcü və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdı. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığının uzunluğu 200 rnil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. General Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda qeyd edirdi ki, burada 10 min azərbaycanlı, 3 min erməni ailəsi yaşayır. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tutur. 18-ci əsrin ortalarında Azərbaycanın Qərbində yaradılan qüdrətli xanlıqlardan biri də Qarabağ xanlığı olmuşdur. 1748-ci ildə Pənahəli xan Cavanşir tərəfindən yaradılan Qarabağ xanlığı Kürlə Araz çayları arasında yerləşmiş, ətrafı sıldırım keçilməz qayalar, yaşıl meşələrlə əhatə olunmuşdur. Pənahəli xan Qarabağın göz oxşayan səfalı yerini mərkəz seçərək, orada Qarabağın qala qapısı hesab olunan Şuşa şəhərini Qarabağın paytaxtı olaraq inşa etdirirdi.

Erməni məliklərini zərərsizləşdirməsindən sonra ətrafdakı ermənilər də Pənahəli xandan qorxmağa, onun əmrlərinə tabe olmağa başlamışlar

Qarabağ xanlığının ərazisində də İrəvan xanlığının ərazisində olduğu kimi Cavanşir, Otuzdilər, Cəbirli, İyirmi dörd, Baharlı, Ziyadoğullar və bu kimi məhəllələrin tikilməsi və onların da idarə etməsini naiblər tərəfindən həyata keçirilməsi bu ərazilərdə türk adət-ənənələrinin və idarəetmə üsulunun dəyişməz olduğunu göstərir. Pənahəli xanda dərin zəka, yüksək idarəetmə qabiliyyətinin olması və hərbi bilikləri mükəmməl şəkildə mənimsəməsi Qarabağın siyasi, hərbi, iqtisadi qüdrətinin artmasına səbəb olmuşdur. O, müdrik siyasət yürüdərək qonşu dövlətlərlə dostluq əlaqələri qurmuşdur. Bununla yanaşı, xan düşmən hücumlarından ehtiyat edərək Qarabağı, xüsusi ilə də paytaxt Şuşa ərazisini qalalarla, istehkam sədlərlə möhkəmləndirmişdir. Məhz Pənahəli xanın göstərişi əsasında 1748-ci ildə Barat, 1751-ci ildə Şahbulaq, 1750-ci ildə isə Şuşa qalası inşa edilmişdir. Bu dəfə də ermənilər məkrli, satqın, xəyanətkar fəaliyyətlərini davam etdirməklə möhkəmlənməkdə olan Qarabağ xanlığına təhlükələr yaratmağa çalışırdılar. Ermənilərin satqınlığını, xəyanətini bağışlamayan Pənahəli xan onları cəzalandırmaq qərarına gəlir. Sarayda məclis quran Pənahəli xan satqın erməni məliklərini ora dəvət edir. Xan erməni məliklərinin xəyanətini sübut etdikdən sonra onlardan beşini şəxsən özü məhv edir, qalanlarını isə ömürlük həbsdə saxlanılması üçün Ərbədil xanına təhvil verir. Sarayda keçirilən məclisdə erməni məliklərini zərərsizləşdirməsindən sonra ətrafdakı ermənilər də Pənahəli xandan qorxmağa, onun əmrlərinə tabe olmağa başlamışlar. Məhz bundan sonra Pənahəli xan Qarabağın ərazilərini genişləndirir. Bunun da nəticəsində Pənahəli xan İrəvan, Gəncə, Naxçıvan və Ərdəbili Qarabağ xanlığına birləşdirə bilmişdir. Təbii ki, Qarabağın ərazisinin genişlənməsi fonunda xanlığın güclənməsi İran şahını ciddi narahat etmişdir. Məhz bu narahatlığı aradan qaldırmaq və xanlığı məhv etmək üçün 1757-ci ildə Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etmişdir.

Bölgənin tarixini dəyişən "Xatın arxı" döyüşü

Tarixdə "Xatın arxı" kimi adı qeyd olunan ərazidə gedən döyüşlərdə Pənahəli xan böyük iştaha və iddialarla xanlığa hücum etmiş Məhəmməd xan Qacarı məğlub etmişdir. Bu döyüşdə Pənahəli xan şəxsi şücaət, yüksək döyüş nümunəsi göstərmişdir. Darmadağın edilən Məhəmməd xan Qacarın qoşununun tör-töküntüləri qaçarkən o dövr üçün çox əhəmiyyətli hesab olunan 150-yə yaxın tüfəngi, 5 ədəd topu döyüş meydanında qoyub qaçmışlar. Bu biabırçı məğlubiyyətdən sonra Məhəmməd xan Qacar Qarabağ xanını açıq döyüşdə məğlub etməyin mümkün olmadığını başa düşdüyündən Pənahəli xanı hiyləgərlik yolu ilə sıradan çıxarmağa cəhd göstərmiş və istəyinə də nail olmuşdur. Belə ki, Məhəmmədhəsən xan Qacardan sonra hakimiyyətə gələn Kərim xan Zənd Urmiyyə qalibiyyətini zəfər günü kimi qeyd etmək üçün "Şiraz qonaqlığına dəvət edir. Bu qonaqlıqda Pənahəli xan girov götürülür. Pənahəli xanın İran şahının hiyləgərliyinin qurbanı olmasından sonra Qarabağda hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizə daha çox İbrahimxəlil xan və Mehrəlibəy arasında gedir. Amansız döyüş İbrahim xanın Mehrəli bəyin üzərində qalibiyyəti ilə başa çatır. İbrahimxəlil xanın hakimiyyətdə olduğu 1763-1806-cı illəri Qarabağın inkişafı tərəqqi dövrü hesab etmək olar.

O dövrdə Qarabağın hərbi iqtisadi qüdrəti gürcü çarları ilə yanaşı, Rusiyaya ilan zəhəri verən erməni məliklərini də ciddi narahat etmişdir. Ona görə də bu qüvvələr Qarabağa hücum təşkil etmək üçün birgə iş planı qururlar. Amma 1787-1795-ci illərdə Rusiya ilə Osmanlı imperiyası arasında müharibənin başlanması birləşmiş qüvvələrin Qarabağa planlaşdırılan hücumlarının qarşısını almışdır. Bununla da Qarabağ xanlığı inkişafını və hərbi qüdrətini artırmaqda davam etdirmişdir. Amma bir həqiqət var ki, məkrli düşmən heç zaman yatmır. Düşmən hər zaman bölgənin aparıcı xanlıqlardan olan ərazini işğal etmək, insanları isə məhv etmək üçün fürsət gəzir. Bax, bu fürsəti əldə edən Rusiya, Gürcüstan və erməni məlikləri 1806-cı ilin iyunda Qarabağın ərazilərini işğal etməyə başladılar. Hətta Şuşadakı rus qarnizonunun rəisi mayor Lisamoviç Cıdır düzündə ailəsi ilə yaşayan İbrahimxəlil xanı xaincəsinə qətlə yetirir. Bununla da Qarabağ Rusiya imperiyasının işğal zonasına çevrilir. Lakin haqq-ədalət 2020-ci ilin sentyabrından bərqərar olmağa başladı. Nəhayət, 2023-cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Azərbaycanın süverenliyinin bərpa olunması ilə başa çatdı. Bununla həm erməni terrorçularından, həm də onlara himayədarlıq etmiş qüvvələrdən sərt və qətiyyətli qisas alınmış oldu.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see147

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri