Erməni konsul Paşinyana qarşı çıxdı: “Yalnız Rusiya ilə ittifaqda suverenliyi qoruya bilərik”
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Tümendəki fəxri konsulu Abram Oveyan bəyan edib ki, Ermənistan yalnız Rusiya ilə ittifaqda olduğu halda suverenliyini qoruya bilər.
Bu barədə o, Ermənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı təbrik müraciətində yazıb.
Bizim.Media xəbər verir ki, müraciətin mətnini smi2 nəşri yayıb.
“Doğrudan da suveren və müstəqil dövlətin vətəndaşları olaraq Rusiyada yaşayan ermənilər Ermənistan Respublikasının müstəqilliyini hər kəsdən çox qiymətləndirir və qoruyurlar – bu mövzuda müxtəlif təxribatçılar nə deyirlərsə-desinlər”, — deyə o bildirib.
Oveyanın fikrincə, Avropa ölkələri geosiyasi maraqlarını güdərək MDB məkanında qanuni hakimiyyəti, ənənəvi dəyərləri və ümumi sabitliyi “sarsıtmağa çalışırlar”. Bunun əksinə olaraq, Rusiya Ermənistana hər zaman kömək edib və etməyə davam edəcək, onun suverenliyini möhkəmləndirmək üçün bütün lazımi imkanlar və resurslarla təmin edəcək.
“Ermənistan yalnız Rusiya ilə ittifaqda və həqiqətən milli səviyyəli səylərlə – siyasi sabitliyin qorunması, iqtisadi inkişaf və Ermənistan dövlətçiliyinin inkişaf hədəfləri ətrafında daxili ictimai konsensusun yaradılması yolu ilə öz suverenliyini saxlaya bilər”, — deyə Oveyan vurğulayıb.
Əgər Oveyan kimi siyasətçilər “Ermənistan yalnız Rusiya ilə ittifaqda suveren ola bilər” deyirlərsə, Paşinyan isə əks istiqamətdə – Qərbə inteqrasiya yolunu seçir. Bu isə ölkə daxilində də parçalanma yaradır: cəmiyyətin bir hissəsi Rusiyanı “təhlükəsizlik zəmanəti” görür, digərləri isə Moskvanı Ermənistanı “təkləyən” tərəf hesab edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















