Erməni ordusu üçün konsepsiya hazırlandı: 2027yə hazırlıq
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan, mövcud meyillər nəzərə alınarsa, silahlı qüvvələrin komplektləşdirilməsi problemini həll etmək məcburiyyətində qalacaq.
Axar.az xəbər verir ki, bu fikri erməni deputat Tiqran Abramyan Ermənistan silahlı qüvvələrinin islahat konsepsiyasından danışarkən deyib.
O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin dərc etdiyi ölkənin silahlı qüvvələrinin islahat konsepsiyasına əsasən, 2027-ci ilə qədər məcburi hərbi xidmət müddətinin azaldılması barədə qərar qəbul ediləcək. Eyni zamanda, müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması nəzərdə tutulur.
Onun fikrincə, hakimiyyət bu cür konsepsiyanı hazırlamaqla iki məqsədi güdə bilər: Birincisi, konsepsiya 2026-cı il seçkiləri ərəfəsində cəmiyyətdə həssas olan bu məsələ üzərindən manipulyasiya imkanı verən seçkiqabağı kontekst daşıya bilər. İkincisi, belə bir plan Bakının Ermənistandan demilitarizasiya tələbini yerinə yetirmək çərçivəsində hazırlana bilər ki, bu da silahların, hərbi texnikanın və ordunun sayının azaldılmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















