Icma.az
close
up
RU
Erməni politoloq: Paşinyana qeyri müəyyən vədlər, Əliyevə zəmanətlər

Erməni politoloq: Paşinyana qeyri müəyyən vədlər, Əliyevə zəmanətlər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-da tamamilə Azərbaycan mövqeyi reallaşıb, Ermənistan isə gözəl sözlər və qeyri-müəyyən gələcəyə dair vədlər alıb.

Ermənistan mətbuatına müsahibəsində politoloq Suren Surenyants, Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ və Azərbaycan prezidentləri Donald Tramp və İlham Əliyevin iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, faktiki olaraq Bakı heç bir atəş açmadan yolunu açıb, 907-ci düzəlişi ləğv etməyi, yəni ABŞ ilə Azərbaycan arasında müdafiə əməkdaşlığına qoyulmuş məhdudiyyətin qaldırılmasını təmin edib, Paşinyan isə 2026-cı il üçün keçiriləcək seçkilər üçün xal toplamağa nail olub.

Ekspert, Sünikdəki 43 km-lik dəmiryolu hissəsinin taleyindən narahatdır, bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək və onun beynəlxalq mübahisə predmetinə çevriləcəyini düşünür.

"Ona necə ad verərlər, "körpü" və ya "Tramp marşrutu" fərq etməz. Aydındır ki, orada xüsusi rejim tətbiq ediləcək, bu da həmin ərazidə yurisdiksiya və suverenlik məhdudiyyətlərinə gətirib çıxaracaq. Həmçinin, Bakı hansı güzəştlərə gedəcək, bu, sual altındadır," - deyə o bildirib.

Bundan əlavə, "Tramp marşrutu" investisiya layihəsi kimi təqdim edilməyə çalışılır, lakin ABŞ-ın öz iqtisadi çətinlikləri nəzərə alındıqda, real olaraq investisiyaların həyata keçirilməsinə nə dərəcədə hazır olduğu bəlli deyil. Ekspert, gələcəkdə həmin ərazidə insanların və malların hərəkətinin idarə olunmasının yaradılacaq konsorsiuma həvalə olunacağını istisna etmir.

"Tramp bu layihə ilə geosiyasi maraqlarını həll edir - İranı izolyasiya etmək, Rusiya üzərində təzyiq göstərmək və şəxsi məqsədini - Nobel mükafatı almağa çalışır," - deyə ekspert qeyd edib.

Bu kontekstdə, baş vermiş hadisənin Rusiya və İranın maraqlarına tamamilə zidd olduğunu vurğulayan Suryenants Ermənistan üçün bunun ciddi nəticələrə səbəb olacağını bildirib. O, həmçinin, Ermənistanın bu gün hansısa təhlükəsizlik sisteminin içində olduğunu, amma sabah bunun da olmaya biləcəyini vurğulayıb.

İmzalanmış sənədlərə gəlincə, Surenyants qeyd edib ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanması etibarsızdır. Eyni zamanda, üçtərəfli bəyannamənin - “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun (TRIPP) icrası sabah həyata keçirilə bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri