Icma.az
close
up
RU
Erməni raketi, kinoteatr və yenilənmiş park

Erməni raketi, kinoteatr və yenilənmiş park

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Gəncənin mərkəzində yerləşən Nizami Gəncəvi adına kinoteatr illərlə şəhərin mədəni həyatının əsas simvollarından biri olub. Gələn il 70 yaşı olacaq bu bina memarlar S. Əmirova və L. Qasımovanın layihəsi əsasında inşa edilib və uzun illər Gəncə sakinlərinin mədəni istirahət məkanına çevrilib.

İki mərtəbəli tikilinin birinci mərtəbəsində foye, oxu zalı, kassa, bufet və inzibati otaqlar yerləşirdi. İkinci mərtəbədə isə hər biri 350 nəfərlik iki kinozal fəaliyyət göstərirdi. Geniş ekranlı filmlər burada nümayiş olunurdu, həmçinin müxtəlif mövzularda festivallar təşkil edilirdi. Bu məkan yalnız film nümayişləri ilə deyil, eyni zamanda poeziya gecələri, sərgilər və ədəbi tədbirlərlə də yadda qalıb.

1990-cı illərdən etibarən kinoteatrın fəaliyyəti tədricən zəifləyir və 2000-ci ildə tamamilə dayanır. Uzun illər baxımsız qalan bina 2020-ci ildə raket zərbəsinə məruz qalır və ciddi zərər görür. Sonralar aparılan əsaslı təmir-bərpa işləri nəticəsində bina və onun ətrafı yenidən şəhər həyatına qaytarılır.

... Bu gün kinoteatr binasının yerləşdiyi ərazi tamamilə yenilənib. Ətrafda müasir standartlara uyğun park salınıb. Qazonlar, skamyalar, gəzinti yolları və işıqlandırma sistemi ilə bu məkana yeni nəfəs verilib. Ərazi yalnız keçmişin xatirələrini yaşatmır, həm də bugünkü sakinlərin istirahəti üçün rahat və baxımlı məkandır.

Parkın abadlaşdırılması yerli sakinlər tərəfindən də müsbət qarşılanır. 66 yaşlı Gülzar Əliyeva deyir: “Əvvəllər buralar tamamilə baxımsız idi.Lənətə gəlmiş ermənilər də lap viran qoymuşdular. İndi isə burada gəzmək adama zövq verir. Hər tərəf səliqəlidir, əyləşmək, dincəlmək üçün şərait yaradılıb.”

Ramiz Nağıyev də ərazinin əvvəlki vəziyyətini xatırlayaraq bildirir: “O vaxt hərə gəlib burada nəsə qururdu, ağacların altı zəbt olunmuşdu. İndi isə səliqə-sahman var, ailəmlə rahat gəlib istirahət edə bilirəm.”

Nizami Gəncəvi adına kinoteatr və onun ətrafındakı park bu gün yenilənmiş Gəncənin bir simvolu təsiri bağışlayır. Sakinlərin istirahəti üçün yaradılan bu şərait şəhərin inkişafına göstərilən diqqətin nəticəsidir. Parka gələn hər kəs buradakı sakitliyi, yaşıllığı və səliqəni dərhal hiss edir. Gəncəlilər isə görülən işlərə görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri