Icma.az
close
up
RU
Erməni toplumu Ermənistan ərazisini tanımaq istəmir: Paşinyan Əliyevlə görüşə can atır, Bakının şərtləri dəyişməz qalır

Erməni toplumu Ermənistan ərazisini tanımaq istəmir: Paşinyan Əliyevlə görüşə can atır, Bakının şərtləri dəyişməz qalır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Erməni toplumu, başqa ölkələrin ərazilərinə tamah salmaq vərdişləri ucbatından, hələ də Ermənistanın "real sərhədləri" barədə təsəvvürlərə malik deyil... İndi Paşinyan hakimiyyətinin qarşısında erməni toplumuna "real Ermənistan"ın ərazisini tanıtmaq kimi çox ağır bir problem dayanır...

"Ölkə.az" bildirir ki, Cənubi Qafqazda yaranmaqda olan yeni situasiya Ermənistan üçün yeni təhlükə mənbəyinə çevrilməyə başlayıb. Belə ki, rəsmi İrəvan hazırda Qərb və Rusiya arasında qalmış kimi görünür. Son vaxtlara qədər rəsmi İrəvan Rusiyadan qaçıb, Qərbə sığınmağa can atırdı. İndi isə bu prosesin əksinə çevrilmə ehtimalı artıb. Yəni, rəsmi İrəvan ABŞ və Qərbin laqeydliyi ilə üzləşməkdədir. Ancaq Rusiyanın "təhlükəsizlik çətiri" altına qayıdış qapısı hələ açıq deyil. Və rəsmi İrəvan indi ciddi tərəddüdlər içərisində bu qəliz situasiyadan çıxış yolları axtarır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti mövcud çıxış yolları arasında Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına ən optimal variant kimi yanaşdığını sezdirir. Ancaq bu variantın qarşısında da olduqca ciddi problemlər mövcuddur. Rəsmi İrəvan bu problemləri aşmaq üçün Türkiyə ilə siyasi-diplomatik təmaslarda qondarma "erməni soyqırımı" iddialarından imtina edilə biləcəyini qabardır. Və bu, olduqca önəmli addımlardan biri sayılır.

Ancaq rəsmi Ankara bunun Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması üçün yetərli olmayacağını qətiyyən gizlətmir. Belə ki, Türkiyənin prinsipial mövqe Ermənistanın əvvəlcə Azərbaycanla yekun sülh sazişini imzalaması ilə birbaşa bağlıdır. Türkiyə rəsmi İrəvandan Azərbaycanın saziş öncəsi Ermənistan konsepsiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə bağlı şərtlərinin yerinə yetirilməsini də israrla tələb edir. Və yalnız bütün bunlardan sonra Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində pozitiv irəliləyişin ola biləcəyini vurğulayır.

Göründüyü kimi, rəsmi İrəvan hansı tərəfə çevrilsə, Ermənistanın xilas yolu məhz Bakıya doğru istiqamət alır. Ona görə də, mövcud situasiya rəsmi İrəvanı Azərbaycanla imzalanacaq yekun sülh sazişinin tam mətnini ilə razılaşdırılmaq məcburiyyətində buraxdı. İndi Paşinyan hakimiyyəti həmin sənədin mümkün qədər tez bir zamanda imzalanmasına can atır. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi bu məsələ ilə bağlı birgə məsləhətləşmələrə çağırıb. Və erməni baş nazir bu çağırışın qəbul olunması üçün atmalı olduğu ön addımları da bilməmiş deyil.

Məsələ ondadır ki, iki ölkə liderlərinin məsləhətləşmələrindən öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi qaçılmazdır. Eyni zamanda, Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı da rəsmi müraciət göndərməlidir. Əks halda, rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasını mümkün hesab etmir. Belə olduğu təqdirdə isə yekun sülh sazişinin imzalanacağı yer və zaman barədə məsləhətləşmələrə də indiki mərhələdə ehtiyac qalmır. Və bu baxımdan, rəsmi İrəvan indi sülh sazişi üçün ilk növbədə Ermənistan daxilində olan problemləri həll etməlidir.

Maraqlıdır ki, məhz Ermənistan daxilində yekun sülh sazişinə qarşı müqavimət Paşinyan hakimiyyəti üçün olduqca ciddi problemlər yaradır. Rusiyaya bağlı erməni radikal-revanşist siyasi düşərgə Azərbaycanla sülh sazişinin imzalanmasına kəskin şəkildə etiraz edir. Üstəlik, rəsmi İrəvanı həmin sənədin ictimailəşdirilmısinə çağırır. Paşinyan hakimiyyəti isə bunun yalnız yekun sülh sazişinin imzalanma vaxtı və yeri razılaşdırıldıqdan sonra ediləcəyini bildirir. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması üçün Ermənistan cəmiyyətini buna hazırlamaqla yanaşı, şərtlərin icrası ilə bağlı bir neçə qəliz mərhələdən keçməli olacaq.

Baş nazir Nikol Paşinyan hazırda tərəddüdlər içərisində qaldığını gizlətməkdə çətinlik çəkir. Belə ki, bir tərəfdən Ermənistanın yeni konstitusiyanın hazırlanmasına başlanıldığını bəyan edir. Digər tərəfdən isə ölkə konstitusiyasının dəyişdirilməyəcəyini vurğulayır. Nəticədə sülh sazişinə gedən yolu açmağa çalışarkən, onu özü bloklamış olur. Hər halda, erməni baş nazir Ermənistan konstitusiyası dəyişdirilmədən yekun sülh sazişinin imzalanmayacağını bilməmiş deyil. Və bu, Paşinyan hakimiyyətinin ölkədaxili müqavimət dalğasına tab gətirə biləcəyinə əmin olmamasından qaynaqlanır.

Ona görə də, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə bəzi mesajlar vermək məcburiyyətində qalıb. Erməni baş nazir indi ölkə əhalisinə Ermənistan sərhədlərinin əhatə edə biləcəyi trayektoriyanı anlatmağa cəhd göstərir. Onun fikrincə, erməni toplumu Ermənistan ərazisini doğru-düzgün tanımır: “Ermənistanın 29.743 kvadrat kilometrlik ərazisi çoxlarına tanış deyil. Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu, çox sadə ifadə kimi görünür, amma son illərdə bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim".

Ermənistan baş naziri hesab edir ki, belə vəziyyət rəsmi İrəvan üçün hətta beynəlxalq məkanda belə, ciddi problemlər yaradır. Çünki Ermənistan ərazisi beynəlxalq hüquqla tanınmış sərhəd trayektoriyasından kənara çıxa bilməz: "Məni tənqid edirlər ki, niyə bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə Ermənistanın ərazi bütövlüyünü tanımağımız idi".

Belə anlaşılır ki, rəsmi İrəvan üçün yekun sülh sazişi indiki situasiyada Ermənistan üçün az qala əlçatmazdır. Çünki erməni toplumu başqa ölkələrin ərazilərinə tamah salmaq vərdişləri ucbatından hələ də Ermənistanın real sərhədləri barədə təsəvvürlərə malik deyil. İndi Paşinyan hakimiyyətinin qarşısında erməni toplumuna "real Ermənistan"ın ərazisini tanıtmaq kimi çox ağır bir problem dayanır. Və erməni toplumu Ermənistan ərazisini tanımayınca sülh sazişi rəsmi İrəvan üçün əlçatmaz olaraq, qalmaqda davam edəcək.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri