Icma.az
close
up
RU
Erməniləri sülhə məcbur etməklə yanaşı, ABŞ kimi böyük bir dövlətlə strateji tərəfdaşlığımızın əsasını qoyduq

Erməniləri sülhə məcbur etməklə yanaşı, ABŞ kimi böyük bir dövlətlə strateji tərəfdaşlığımızın əsasını qoyduq

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara səfəri dünya gündəmində mühüm hadisələrdən biri olaraq yadda qalacaq".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Azərbayanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. O deyib ki, 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsindən bu günə qədər zaman-zaman himayə olunmuş ermənilərin ilk dəfə olaraq tarixdə sülhə məcbur olunması prosesini gördük:
"Bu hadisə böyük bir tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həm də belə böyük bir qarantyor ölkənin iştirakı ilə olması bu məsələyə birdəfəlik nöqtə qoyulmasına əsas verir.
Biz hələ o vaxtlar deyirdik ki, bütün hallarda Türk dünyasını birləşdirən, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyadakı Türk dövlətlərini, böyük Türküstanı birləşdirən quru yolumuz olacaq. Bu yeni bir addım, yeni bir dönüşdür, bizim Qarabağ zəfərimizin davamıdır və Göyçə, Zəngəzura açılan yolumuzdur, Türk dünyasının birlik yoludur. 21 əsr - Türk əsri artıq reallaşır. Bu yolun strateji, kommunikasiya əhəmiyyətindən daha çox siyasi, mənəvi əhəmiyyəti vardır. Həm ayrı düşmüş Naxçıvanla, həm Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunun açılması deməkdir. Eyni zamanda Çin və Avropanı, Şərqlə Qərbi birləşdirən böyük İpək yolunun bərpasıdır".
ATXƏM sədri qeyd edib ki, 44 günlük savaşda uzun illər işğaldan sonra Qarabağı tam və qəti azad etməyimiz, bütün dünyada qlobal siyasi müstəvidə Azərbaycanın nüfuzunu artırdı:
"Aparılan məqsədyönlü xarici siyasət, qonşularla, yeri gəldikdə iradə göstərilməsi, yeri gəldikdə diplomatik əlaqələrin qurulması uzaqgörən siyasətin nəticəsidir.
Prezident-xalq birliyi, Ordu-Prezident birliyi bizim möhtəşəm qələbəmizi təmin elədi və erməniləri sülhə məcbur etdi. Bu gün əslində qalib Azərbaycandır, torpaqlarımızı geri qaytardıq, Qarabağ təmizləndi və Zəngəzurun açılması ilə bağlı möhtəşəm razılaşma əldə olundu".
İlham İsmayılovun sözlərinə görə, 44 günlük Qarabağ savaşında və sonrakı antiterror əməliyyatında nail olduğumuz qələbələrdə qətiyyət göstərən Ali Baş Komandan Cənab Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusunun, şəhidlərimizin bu günkü bu sülh sazişinin paraxlanma imzalanmasında xidmətləri misilsizdir:
"Bu gün biz onları unutmuruq, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, Azərbaycan Ordusuna, həm birinci, həm ikinci Qarabağ müharibələrində döyüşən qazilərimizlə, bütün əsgərlərimizlə qürur duyuruq. Onların başladığı yol bizi bu günə gətirib çıxartdı. Bu gün onların da qələbəsidir.
Biz burda erməniləri sülhə məcbur etməklə yanaşı, eyni zamanda ABŞ kimi böyük bir dövlətlə strateji tərəfdaşlığımızın əsasını qoyduq. Yəni bu qələbənin içində daha bir uğur əldə etdik. Bu bizə daha böyük perspektivlər verir, uzunmüddətli sülh verir, inkişaf verir. Amerika ilə müttəfiqliiyimiz gələcəkdə digər qonşulara, aqressiya ilə yanaşan qonşularımıza qarşı güclənməyimizə, bizim Türkiyə ilə yolumuzun birləşməsinə səbəb oldu.
Bu paraxlanma sazişinin imzalanması yeni strateji tərəfdaşlıq, əməkdaşlıq, yeni layihələr, yeni investisiyalar cəlb olunması deməkdir. Bölgənin çiçəklənməsi, inkişafı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın yenidən quru yolla ölkəmizin əsas hissəsi ilə birləşməsi, yeni perspektivlər açılması demişdir. Eyni zamanda, inanırıq ki, ölkə daxilindəki proseslərə də təsir edəcək".
İlham İsmayılov, "Bu o deməkdir ki, Azərbaycanın tərəfdaşlığı, yəni bu günkü nailiyyətləri 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin 33 ildən sonra ləğv olunmasına səbəb oldu. Artıq tərəfdaş kimi Amerikanı qane edən tərəflər var və digər həlli mümkün olan bütün problemlərin həll olunmasını gözləyirik.
Orda qaldırılan məsələlərdən biri bizim cənab Prezidentin Donald Trampın Nobel sülh mükafatına təqdim olunmasını təklif etməsi oldu. Həqiqətən real sülhə nail olunursa, niyə də Tramp bu mükafatı almasın. Vaxtilə Bakıda qırğın törətmiş, 20 yanvar hadisələrinin birbaşa göstərişini vermiş Qorbaçov Nobel sülh mükafatını aldı. Biz ona nə eləyə bildik ki, hətta ikrahla müşahidə elədik. Orda cənab Prezident vurğuladı ki, hətta bəzən layiq oımayan şəxslər alıb. Ona görə də bu gün real olaraq on illərlə davam edən bir münaqişəyə son qoyulursa, doğrudan da Trampın Nobel sülh mükafatını alması tam yerindədir, layiqdir və ictimaiyyət olaraq biz bunu müdafiə etməliyik",-deyə vurğulayıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri